Zəlimxan Yaqub xatirələrdə

Zəlimxan Yaqub xatirələrdə Zəlimxan Yaqub xatirələrdə Zəlimxan Yaqub xatirələrdə Zəlimxan Yaqub xatirələrdə Zəlimxan Yaqub xatirələrdə Zəlimxan Yaqub xatirələrdəZəlimxan Yaqub xatirələrdə Zəlimxan Yaqub xatirələrdə May ayının 5-də Abdulla Şaiqin Mənzil Muzeyində Xalq şairi
Zəlimxan Yaqub
un
xatirəsinə həsr olunmuş “Ədəbiyyatın bir incisi” adlı tədbir keçirilib.

Zim.Az bildirir ki, tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq doktoru
Ülkər xanım
Talıbzadə
açaraq gələn qonaqları salamladı və Zəlimxan Yaqub haqqında tədbir keçirməyin özləri üçün şərəf olduğunu vurğulaıb.
Ülkər Talıbzadə akademik Kamal Talıbzadə və Zəlimxan Yaqubun dostluq əlaqələrindən söhbət açıb və bu gün üç ruhun şad olduğunu dilə gətirib: – Abdulla Şaiqin, Kamal Talıbzadənin və Zəlimxan Yaqubun. Çünki akademik Kamal Talıbzadə həmişə Zəlimxan Yaquba çox böyük dəyər verib.

Sonra muzeyin böyük elmi işçisi Günel Əsədova şairin həyat və yaradıcılığı haqqında qonaqlara məlumat verib.

Şair həyatına qısa səyahətdən sonra tədbir saz havaları ilə davam edib.

Sazda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin 2-ci kurs tələbəsi Mustafayev Sənan37 saylı musiqi məktəbinin 2-ci sinif şagirdi Vəliyev Aftandil çıxış ediblər.

Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu da çıxış edərək Zəlimxan yaradıcılığının zənginliyindən söhbət açaraq, Zəlimxan Yaqubun xeyirxah insan, böyük şəxsiyyət olduğundan danışaraq, şairlə dost olduğu üçün özünü xoşbəxt bəndə, şanslı insan hesab etdiyini söyləyib.

Qafqaz İctimai Media Birliyinin sədri Azadə Taleh də göz yaşları ilə şairi yad edərək, onunla bağlı xatirələrini bölüşdü, onun insani keyfiyyətlərindən söhbət açaraq, “Zəlimxan Yaqubun vəfatı ilə mən ikinci dəfə ata itgisini yaşadım” - deyib.

Sonra tədbir muzeyin əməkdaşı Sevinc Musazadənin ifasında Zəlimxan Yaqubun “Dünya” şeiri ilə davam edib.

Söz yenə də telli saza verildi. Sənan Musazadə Zəlimxan Yagubun “Gözəldir” şeirini sazda ifa edərək tədbir iştirakçılarını feyziyab edib.

Saz musiqiləri, şairin şeirləri, xatirələri ilə davam edən tədbir iştirakçılarının yaddaşına əbədi yazılıb.

Tədbir Zəlimxan Yaqubun öz sözləri ilə yekunlaşıb və sonda xatirə şəkilləri çəkilib.

Elida MUXAYEVA,
Zim.Az - ın xüsusi müxbiri.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: