KİTAB KLUBUNDA DÖVLƏT MÜKAFATINA TƏQDIM OLUNMUŞ “AZƏRBAYCAN KITABININ BƏDII VƏ TEXNIKI TƏRTIBAT TARIXI” ADLI MONOQRAFIYANIN MÜZAKİRƏSI OLUB

KİTAB KLUBUNDA DÖVLƏT MÜKAFATINA TƏQDIM OLUNMUŞ “AZƏRBAYCAN KITABININ BƏDII VƏ TEXNIKI TƏRTIBAT TARIXI” ADLI MONOQRAFIYANIN MÜZAKİRƏSI OLUB 14.05.2016-cı ildə Kitab klubunda Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Ələsgərovanın Azərbaycan Respublikasının Ali Dövlət mükafatına təqdim olunmuş “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi” adlı monoqrafiyasının müzakirəsi olub.

Təqdimatda ilk əvvəl Kitab klubunun direktoru, “Azərbaycan nəşrləri” jurnalının Baş redaktoru Elxan Rzayev iştirakçılara minillik kitab tərtibatı tariximizi əhatə edən bu monoqrafik əsərin əhəmiyyətindən, tədqiqat üçün seçilmiş mövzunun aktuallığından danışdı. İradə Ələsgərovanın 2015-ci ildə işıq üzü görmüş "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" monoqrafiyasının bu sahədə ilk fundamental elmi-tədqiqat işi olduğunu dedi. Bu gün kitab nəşri sahəsində mövcud olan problemlərin və onların həlli yollarının nəşrdə öz əksini tapdığını diqqətə çatdıran Elxan Rzayev, monoqrafiyanı, milli kitabımızın bədii və texniki tərtibatı mövzusunda yazılan ilk elmi-təcrübi əsər kimi də yüksək qiymətləndirdi. Keçmiş SSRİ-də poliqrafiyanın baza məktəbi sayılan İvan Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunun ilk azərbaycanlı məzunu İradə Ələsgərovanın monoqrafiyanın nəticə hissəsində gəldiyi qənaətlərin reallığını diqqətə çatdırdı, təklif və tövsiyyələrin nəzəri biliklə yanaşı, həm də dəfələrlə birbaşa istehsalatda sınaqdan çıxarılmış faktlara söykəndiyini vurğuladı.

“Azərbaycan nəşrləri” jurnalının əməkdaşı Elçin Hüseynov öz çıxışında bəşəriyyətin kitab tərtibatı tarixinə həmvətənlərimizin də yeniliklər gətirdiyi və töhfələr verdiyini bildirdi. Minillik kitab tərtibatı tariximizdən bəhs edən bu nəşrin milli kitab sənətimizin qədimliyinin, kitab tərtibatı mədəniyyətimizin rəngarəngliyinin təbliği üçün geniş imkanlar açmasından, onun rus, ingilis və s. dillərə tərcümə edilib yayılmasının dövlətimizin beynəlxalq aləmdə yeni-yeni formalaşmağa baş-lamış imicinin daha da möhkəmlənməsinə xidmət edəcəyindən danışdı. Millətin mədəni səviy-yəsinin başlıca göstəricisi sayılan kitabın günün tələbləri səviyyəsində - nəşrdə müəyyənləşdirilən bədii və texniki ifadə vasitələrinə, tərtibat meyarlarına uyğun hazırlanmasının vacibliyindən söz açdı, kitabda bədii tərtibat üsullarının geniş təsnifatının verildiyini qeyd etdi.

Daha sonra çıxış edən İradə Ələsgərova monoqrafiyada nəşrin tədqiqata texniki oxu vasitəsi kimi deyil, yazar, elmi-ədəbi, bədii və texniki redaktorların, poliqrafiya mütəxəssislərinin birgə əməyinin məhsulu kimi cəlb edilməsinin verdiyi üstünlüklərdən, bu sənət sahiblərinin fəaliyyət-lərinin bir-biri ilə uzlaşdırılıb vahid ahəngə tabe etdirilməsinin vacibliyindən söz açdı. Monoqrafi-yada kitabın bədii və texniki tərtibat xüsusiyyətlərinin ilk dəfə (tək Azərbaycanda yox, ümumiy-yətlə) çap üsullarının texniki imkanları, poliqrafiya texnika və texnologiyasının inkişaf səviyyəsi ilə əlaqəli araşdırılmasının həyata keçirildiyini, bunun ona tədqiqat prosesində əldə edilmiş qənaətlərin kitabçılığın və bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin inkişafına təsirini tək elmi yox, həm də təcrübi müstəvidə tədqiq edib öyrənməyə imkan verdiyini dedi.

Nəşr üçün seçilmiş formatın, maddi-texniki bazanın nəşrin tərtibat xüsusiyyətlərinə və təyinatına təsirindən danışdı, nəşrdə kompozisiya və bədii poliqrafik forma, daxili elementlərin kompozisiyası, illüstrasiya növləri və onlardan hər birinin, eləcə də format anlayışının kitab tərti-batında yeri haqqında da məlumat verildiyini bildirdi. İradə Ələsgərova nəşrlərdə vaxtaşırı rast-laşdığımız tərtibat yalnışlıqları, ölçü, rəng, məzmun-məna uyğunsuzluqları və digər bu kimi mət-nin mənimsənilməsinə əngəl olan qüsurlardan söz açdı. Müəllifi olduğu monoqrafiyada bu çatışmazlıqları doğuran amillərə aydınlıq gətirdiyini bildirdi. Nəşriyyatların ixtisaslaşmasının, informasiya vasitələrinin bu sahədə təhsil alıb təcrübə məktəbi keçmiş şəxslərə etibar edilməsinin vacibliyindən, mövcud standartların yenidən işlənilməsinin zəruriliyindən, nəşriyyat-poliqrafiya sahəsində kadr hazırlığının vəziyyətindən və bütün bunların elmin, təhsilin, kitabçılığın inkişaf səviyyəsinə göstərdiyi təsirdən danışdı.

Kitaba verilən tərtibatın mətnin dərkedilmə səviyyəsinə və oxucuya göstərə biləcəyi təsirin əvvəlcədən hesablanmasının və nəşr edilən əsərlərin elmi-ədəbi dəyərinə diqqət edilməsinin, obyektiv tənqidə geniş meydan verilməsinin vacibliyindən, informasiya məkanına nəzarət mexa-nizminin (sivil yolla) işlənilib hazırlanmasının reallığından söz açdı, informasiya məkanına nəzarət etməklə cəmiyyətdə ictimai rəyin tənzimlənməsinin mümkünlüyünü diqqətə çatdırdı. Bu tən-zimləmənin son nəticədə cəmiyyətdə yazar, redaktor və naşirlərin statusunun daha da yüksəl-məsinə, redaktorların ictimai rəyə təsir imkanlarının genişlənməsinə, deməli, milli birliyin bərqərar olmasına və ölkədə sabitliyin qorunub saxlanılmasına, bir sözlə, müstəqilliyini yenidən bərpa etmiş gənc dövlətimizin daha da möhkəmlənməsinə xidmət edəcəyini dedi.

Filalogiya elmləri doktoru, prof. Alxan Bayramoğlu nəşrdə, tək kitab tərtibatı sahəsində yox, həm də informatika, yazı qrafikası, standartlaşdırma, sənətşünaslıq, dilçilik, poliqrafiya material-ları (kağız, boya, ofset təbəqəsi və s.) istehsalı, texnologiya, kadr hazırlığı, psixofiziologiya və s. sahələrdə də gələcək tədqiqatların istiqamətini müəyyənləşdirib növbəti axtarışlara zəmin hazırla-yan, bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin inkişafını – kitab nəşri, reklam və yayımını, poli-qrafiya materialları istehsalını və bu sahədə kadr hazırlığını təşkil etməyə, eləcə də bütün bu funk-siyaları həyata keçirməli olan subyektlər arasında qarşılıqlı əlaqələri tənzimləməyə imkan verən təklif və tövsiyələrin, müddəaların irəli sürüldüyünü dedi. İnformasiya məkanına nəzarətin tək ideoloji yox, həm də dövləti əhəmiyyət kəsb edən strateji məsələ olduğunu, yayımlanan infor-masiyanın ideyasının dəqiqləşdirilməsinin, nəşrə hazırlanan əsərlərin elmi-ədəbi dəyərinə, bədii-texniki tərtibatına nəzarət edilməsinin zəruriliyini vurğuladı. Tərtibatın mətnin oxucuya təsirini gücləndirdiyi kimi, onu yanlış istiqamətə yönəldə biləcəyini diqqətə çatdırdı.

Xudafərin"qəzetinin Baş redaktoru, filalogiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev, çıxışında kitab haqqındakı fikirlərini bölüşərək sözügedən nəşrdə maraq doğuran məqamların kifayət qədər olduğunu - qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramından irəli gələn məsələlərin və işsizlik probleminin həllinə kömək, sahibkarlığa dəstək baxımından faydalı olan iqtisadi, texniki və texnoloji işləmələrin yer aldığını vurğuladı. Verilən təkliflərin reallığı əks etdirdiyini, həyata keçirilməsinin respublikada elmi-texniki tərəqqinin sürətlənməsinə əhəmiyyətli töhfə verə biləcəyini dedi. Nəşrdə əlyazma və ilk çap kitablarımızın da müasir kitablarla yanaşı tədqiqat ob-yektinə çevrilib tədqiq və dünya təcrübəsi ilə müqayisə edildiyini, çoxsaylı yaradıcı şəxslərin əməyinin də araşdırılıb təhlil edilərək dəyərləndirildiyini və bu səbəbdən də, nəşrin gələcək təd-qiqatçılar üçün zəngin material daşıyıcısı, etibarlı elmi-təcrübi mənbə olduğunu diqqətə çatdırdı.
“Günəş” jurnalının Baş redaktoru Vasif Quluyev çıxış edərək Azərbaycan kitabının bədii və texniki tərtibat məsələlərinin araşdırıldığı, nəzəriyyə və təcrübəni özündə birləşdirən bu əsərdə Azərbaycanda kitabın yazı meydana gələndən bu günə kimi keçdiyi tarixi yolun pillə-pillə izlənildiyini, yüzilliklər ərzində qazanılmış zəngin təcrübənin araşdırılaraq dəyərləndirildiyini dedi. Bu nəşri kitab mədəniyyətimiz üçün çox gərəkli və aktual bir tədqiqat işi kimi qiymətləndirdi, onun, respublikanın ali təhsil ocaqlarında milli irsimizi öyrənən tələbələrin - gələcək naşirlərin ixtisas səviyyəsini yüksəltməyə xidmət edə biləcək sanballı dərslik, dərs vəsaiti kimi də son dərəcə faydalı olduğunu vurğuladı. Bu gün respublikanın 3 ali məktəbində (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, BDU, Slavyan Universiteti) dərslik, dərs vəsaiti kimi istifadə edildiyini (müəllifin proqramı əsasında) diqqətə çatdırdı. Vasif Quluyev nəşrdə dəqiqləş-dirilmiş bədii və texniki tərtibat meyarlarının dərsliklərin hazırlanmasında da istifadə edilməsinin vacibliyini vurğuladı, bunun dərs yükünün mənimsənilməsinə müsbət təsir göstərəcəyini dedi.

“Göyərçin” jurnalının baş rəssamı İlqar Mehdiyev də çıxış edərək nəşrdə ilk dəfə bədii tər-tibat üsullarının təsnifatının verilib ifadə vasitələrinin, eləcə də, başlıca tərtibat meyarlarının mü-əyyənləşdirilməsindən, maddi-texniki bazanın kitab tərtibatında rolunun və yerinin dəqiqləşdirilməsindən, nəşrin kompozisiya və bədii poliqrafik formasının, həmçinin bütün bunların, psixofizioloji amillər də daxil olmaqla mətnin dərkolunma səviyyəsinə təsirinin öyrənilməsindən danışdı. Nəşrdə, yazı qrafikası, sənətşünaslıq və s. sahələrdə də gələcək tədqiqatların istiqamətini müəy-yənləşdirən bir sıra mühüm təklif və tövsiyyələrin olduğunu dedi. Monoqrafiyanın, hər bir bədii redaktor, kitab rəssamı üçün son dərəcə gərəkli vəsait olduğunu vurğuladı.

Sonda kitabşünas, naşir, ədəbi, bədii və texniki redaktorlar, poliqrafiya mütəxəssisləri üçün müvafiq seminarların həyata keçirilməsinin, nəşriyyatların ixtisaslaşmasının və bu sahədə təhsilin səviyyəsinin yüksəldilməsinin zəruriliyi ilə bağlı təkliflər səsləndirildi, mövzunun aktuallığı, əsərin milli kitab sənətimizin qədimliyinin, kitab tərtibatı mədəniyyətimizin bənzərsizliyinin təbliği üçün açdığı imkanlardan danışıldı, rus, ingilis və s. dillərə tərcümə edilib yayılmasının vacibliyi qeyd olundu.

“Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi”nin təqdim olunduğu yüksək mükafatı almağa tam layiq olduğu vurğulandı, onun müəllifi İradə Hacı qızı Ələsgərovanın 2016-cı il üçün elm sahəsində Azərbaycan Respublikasının Ali Dövlət Mükafatına namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul olundu.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: