Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsəri oynanılıb

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsəri oynanılıb Aprelin 27-də Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrının səhnəsində C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının və Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında gürcü yazıçısı Nodar Dumbadzenin "Didro" əsəri oynanılıb.

ZiM.AZ-ın Gürcüstan bürosunun məlumatına görə, tamaşanın açılışında C. Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev çıxış edərək Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin birlikdə həyata keçirdikləri
"Qafqazda sülh tərəfdarıyıq!" adlı layihə çərçivəsində "Didro" əsərini səhnələşdirdiklərini bildirib.
O, əsərin fevralın 26-da Bakıda oynanıldığını, Xocalı soyqırımına həsr olunduğunu və bu gün isə Tiflisdə oynanıldığı üçün həmin əsəri 9 aprel faciəsinə həsr etdiklərini bildirib.

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsəri oynanılıbSonra tamaşaçılar Nodar Dumbadzenin "Didro" əsərinə tamaşa ediblər. Tamaşada aktyorlardan Aslan Məmmədov, Leyla Qasımova, Əhliman Ərşadlı, Şəbnəm Cəbrayılova, Nicat Qərib, Lalə Şirəliyeva, Azərbaycanın əməkdar artistləri Esmiralda Şahbazova və Vaqif Kərimov rolları peşəkarcasına ifa ediblər.

Qeyd edək ki, "Qafqazda sülh tərəfdarıyıq!" adlı layihənin rəhbəri İftixar Piriyev, tamaşanın quruluşçu rejissoru isə Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru Turqay Vəlizadədir.

Tamaşaya baxışda Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Barış və Vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin rəsmiləri, QHT rəhbərləri, Tiflisdə yaşayan gürcü və azərbaycanlı tamaşaçılar, Gürcüstanın ali məktəblərinin azərbaycanlı tələbələri, jurnalistlər və ziyalılar iştirak ediblər.

ZiM.AZ


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: