Gənc rəssam TURAL BAYRAMOV

Gənc rəssam TURAL BAYRAMOV Gənc rəssam TURAL BAYRAMOV ÖVLADINI XALQ TANİSİN

Tural Aslan oğlu Bayramov, 1987-ci ildə
Bakı şəhərində anadan olub.
Anası Mahuzər xanımın sözləri ilə desək, “Tural ayağı yer tutandan rəsm ilə
məşğul olub”.

Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzində rəsmlə ciddi məşğul olmağa başlamış və 2006-cı ildə Əzim Əzimzadə adına rəssamlıq kollecini,
2014-cü ildə isə Azərbaycan Dövlət
Rəssamliq Akademiyasını bitirmişdir.
Gənc Rəssamlar İttifaqının üzvüdür.
Tural Bayramov Xocalı soyqırımına
həsr olunmuş sərgilərdə,
“Neft Azərbaycanın sərvətidir”
“Art Energy-20” müsabiqələrində
fəal iştirak etmiş, uyğun olaraq həvəsləndirici
mükafat və sertifikatlara layiq görülmüşdür.
14 iyul 2014-cü ildə “Fransanin Milli Günündə
Azərbaycan gənc rəssamlarının sərgisi“
adı altında
keçirilmiş sərginin iştirakçısı olmuşdur.
Bundan başqa o, Belçikada və Fransada
təşkil olunmuş gənc rəssamların sərgilərində də
fəal iştirak etmişdir.

Biz də Turala uğurlar arzulayırıq!...

Alik MANSUROV.

Gənc rəssam TURAL BAYRAMOV
Gənc rəssam TURAL BAYRAMOV
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: