Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusiya kitabxanalarında nümayiş olunacaq

Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusiya kitabxanalarında nümayiş olunacaq Bakı şəhəri
Mədəniyyət Baş İdarəsinin
Yasamal rayonundakı
M.Ş.Vazeh adına
Mərkəzi Kitabxanasında
“Yubileylər silsiləsi” tədbirlər çərçivəsində növbəti videoçarx hazırlanmışdır. Videoçarx Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunub. Videoçarx Cəfər Cabbarlının ”Azad bir quşdum”, “Susmuş bir duyğu” mahnıları ilə müşayiət olunur. Videoçarxda məlumatlar iki dildə (Azərbaycan və rus) verilmişdir.

Burada “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018 ci il tarixli Sərəncamı, görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumat, ədibin heykəlləri və s. öz əksini tapmışdır.

İzləyicilər böyük ədibin Bakı şəhərində və Xızı rayonundakı ev-muzeylərinə virtual səyahət edərək
eksponatlarla tanış ola bilərlər.

Videoçarx Rusiya Federasiyasının kitabxanalarında Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirlərdə nümayiş olunacaq.

Layihənin ideya müəllifi Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədovadır.



Videoçarx https://www.youtube.com/watch?v=z5bpl6ibjNA&t=29s yerləşdirilmişdir.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: