"KÖHNƏ BAKI" VƏ "XƏZRİ" RƏQS QRUPLARININ UĞURLARI

"KÖHNƏ BAKI" VƏ "XƏZRİ" RƏQS QRUPLARININ UĞURLARI Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Rəqslərimiz tariximizlə ayrılmaz sürətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir.

Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki, var.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov kimi karifey sənətkarlarla yanaşı Kamran Musayev kimi gənc və istedadlı rəqqaslar da milli rəqslərimizi xeyli inkişaf etdirə biliblər.


Kamran Musayev Bakı şəhər Mədəniyyət Baş İdarəsi Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanasının "Köhnə Bakı" və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin "Xəzri" rəqs qruplarına rəhbərlik edir. Hər iki rəqs qrupu müxtəli fəxri adların və naminasiyaların qalibləri olub.

"KÖHNƏ BAKI" VƏ "XƏZRİ" RƏQS QRUPLARININ UĞURLARI "Köhnə Bakı" rəqs qrupu on iki ildir fəaliyyət göstərir. 2017-ci il martın 8-də Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanası Nizami Kino Mərkəzində "Köhnə Bakı" rəqs qrupunun 10 illik yubileyinə həsr edilmiş konsert proqramı təşkil etmişdi.

"Köhnə Bakı" rəqs qrupu 15 avqust 2017-ci ildə Sabunçu rayonu Maştağa qədəbəsində keçirilən
"Ən yaxşı milli rəqs qrupu" naminasiyasına layiq görülmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xətti ilə
2018-ci ilin iyunun 26-dan iyulun 3-nə kimi Gürcüstanın Kabureti şəhərində keçirilən
"Marskaya qarmoniya" adlı Beynəlxalq Festivalda "Köhnə Bakı" rəqs qrupu üçüncü yerə layiq görülmüşdür.

Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzinin "Xəzri" rəqs qrupu 2014-cü ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi vaxtdan "Yeni il", "Novruz bayramı", "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü", "Milli Qurtuluş Günü" və başqa bu kimi respublika səviyyəli tədbirlərdə iştirak edib və qastrol səfərlərində olub.

"KÖHNƏ BAKI" VƏ "XƏZRİ" RƏQS QRUPLARININ UĞURLARI 2017-ci ilin iyun ayında Nizami Kino Mərkəzində hesabat konserti ilə çıxış edib.

2018-ci ilin dekabrında Gürcüstanın Borjomi şəhərində keçirilən "Qış fantaziyası" adlı Beynəlxalq Festivalda "Köhnə Bakı" rəqs qrupu ilə birlikdə birinci yerə layiq görülmüşdür.

Sonda biz də öz adımızdan"Köhnə Bakı" və "Xəzri" rəqs qruplarına uğurlar arzulayırıq!..

YUNİS QARAXANOV,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin redaktoru,
"Zim.az" saytının xüsusi müxbiri,
"Borçalı" NPM-nin ədəbi redaktoru


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: