Təqdimat mərasimini giriş sözü ilə uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş, ehtiyatda olan polkovnik, şair Ramiz Duyğun açaraq qeyd etdi ki, N.Asena ixtisasca ingilis dili müəllimi olsa da yazdığı vətənpərvər mövzulu yazılarla müxtəlif müsabiqələrdə qalib olmuşdur. O, 2004-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin elan etdiyi “Hərbi vətənpərvərlik və əsgər mənəviyyatı” nominasiyasının birinci mükafatına layiq görülmüşdür. 1990-1991-ci illərdə N.Asena o dövrün reallıqlarını çəkinmədən, qorxmadan yazmışdır. Beynəlxalq Rəsul Rza mükafatçısı, şair-alim Oqtay Rza çıxışını Natella xanıma həsr etdiyi şeirlə başladı. O.Rzanın “Mən inanıram ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Natella Asenanı “Komandanım, əmrindəyik” kitabına, “Zəfər Qalası” qəzetinin 10 illik fəaliyyətinə və eyni zamanda bu qəzeti tək-tənha çıxardığına görə onu dövlət mükafatına layiq görəcəkdir” təklifi alqışlarla qarşılandı. Ədəbiyyatşünas alim Asif Rüstəmli çıxışından əvvəl kitabxananın direktoru Tahir Sadıqova təşəkkürünü bildirdi. Müstəqilliyimizin qazanılmasında Natella xanımın da müəyyən dərəcədə rolunu vurğuladı. Əlil hərbçi Cəlaləddin Bayramov “Komandanım, əmrindəyik” kitabı haqqında danışandan sonra N.Asenanın istedadlı qələm sahibi olmasından əlavə bir neçə xarici dil bilməsini də qeyd etdi. “Təzadlar” qəzetinin əməkdaçı E.Məmmədli vətənpərvər müəllifin yaradıcılığı haqqında danışandan sonra onun “Bütövlük ulartısı” şeirini söylədi. Şair Mərcan Şahbuzlu hər zaman Ali Baş Komandanımızın əmrinə hazır olduğumuzu bildirdi və işğal olunan torpaqlarımızın tezliklə geri alınacağını söylədi.
Tədbirdə həmçinin, “Respublika” qəzetinin xüsusi müxbiri Rauf İlyasoğlu, “Azərbaycan” nəşriyyatının şöbə müdiri İradə Ələsgərova, Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Fəridə Hacıyeva, yazıçı-jurnalist Müşfiq Borçalı, hüquqşünas Namizət Səfərli, “Paralel” qəzetinin əməkdaşı Yusif Seyid, hərbçi Aruz Məmmədli də iştirak edirdilər.
Kitabxananın əməkdaşları A.Əhmədova, M.Abbasova, G.Xəlilova da 1993-cü il hadisələrində ölkənin iflic halına düşdüyü bir vaxtda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni səhifə açmasından, xalqın düşdüyü çətin vəziyyətdən danışdılar. Onlar qeyd etdilər ki, bu nadir tarixi simanın yenilməz iradəsi, uzaqgörənliyi, tükənməz enerjisi onu xalqın sevimlisi etmiş, ideyaları isə layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tətrəfindən qorunur və həyata keçirilir.
Tədbirin sonunda N.Asena “Zəfər qalası” qəzetinin on iki ildə dərc olunmuş hər sayından ibarət üç cildlik materialları kitabxananın direkdoru Tahir Sadıqova təqdim etdi və bütün tədbir iştirakçıları Tahir Sadıqova öz təşəkkürlərini bildirdilər.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.