UŞAQLARIMIZ UĞURLU GƏLƏCƏYƏ DOĞRU

UŞAQLARIMIZ UĞURLU GƏLƏCƏYƏ DOĞRU UŞAQLARIMIZ UĞURLU GƏLƏCƏYƏ DOĞRUUŞAQLARIMIZ UĞURLU GƏLƏCƏYƏ DOĞRU ÜMUMMİLLİ
LİDER HEYDƏR ƏLİYEVİN SİYASİ KURSUNUN
LAYİQLİ DAVAMÇISI OLAN MÖHTƏRƏM PREZİDENTİMİZ
CƏNAB İLHAM ƏLİYEVİN GƏNCLƏRƏ GÖSTƏRDİYİ DİQQƏT VƏ QAYĞININ BARİZ NÜMUNƏSİDİR Kİ, MƏDƏNİYYƏT NAZİRLİYİNİN BAKI ŞƏHƏR MƏDƏNİYYƏT BAŞ İDARƏSİNDƏ APARILAN KADR İSLAHATLARI NƏTİCƏSİNDƏ BİR ÇOX MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİNİN RƏHBƏR HEYƏTİ GƏNCLƏRLƏ
ƏVƏZ OLUNUR.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
Bakı şəhər Mədəniyyət
Baş İdarəsinin rəisi
cənab Cəlil Məlikovun
07 iyun 2019-cu il tarixli
Əmri ilə Bakı şəhər
Suraxanı rayonu
Zığ qəsəbə Mədəniyyət evinin direktoru
Musayev Kamran Elxan oğlu
Vaqif Mustafazadə adına
Mədəniyyət Mərkəzinə direktor təyin olunmuşdu.

Kamran Musayev Mərkəzə direktor təyin olunduqdan sonra Mərkəzdə islahatlar aparmış,
uşaqların və yeniyetmələrin savadlanması üçün kurs və dərnəklər təşkil etmişdir.


Mərkəzdə rəqs, gimnastika, kompyuter, rəsm, gitara və vokal, məktəbəqədər hazırlıq, rus və ingilis dili kursları fəaliyyət göstərir. Bu kurslarda Səyyad müəllim, İlahə xanım, Aytən xanım, Esmira xanım, Sevil xanım, Ülkər xanım, Mədinə xanım kimi savadlı, bacarıqlı və peşəkar müəllimlər dərs deyir. Rəhbərlikdən o da bildirildi ki, gələcəkdə Mərkəzdə yeni başqa kurslar və uşaq teatrı da fəaliyyət göstərəcək.

Mərkəzdə fəaliiyət göstərən "Köhnə Bakı" rəqs ansamblı və "Balaca ulduzlar" rəqs qrupu haqqında xüsusilə qeyd etmək istərdim. Belə ki, bu rəqs ansamblı və qrupuna savadlı və peşəkar xoreoqraf-rəqqas Məmmədov Səyyad müəllim dərs deyir. Bu ansambl və qrup Mərkəzdə fəaliyyət göstərən rəqs kursunda təhsil alan istedadlı uşaqlardan təşkil olunub. Rəhbərlikdən məlumat verildi ki, buğ ansambl və qrup festival və yarışlarda çıxış etmək üçün ciddi məşqlər keçirilir, uşaqlara milli və əcnəbi rəqslərin sirləri öyrədilir.

PS: Biz də sonda vətəndaşlara müraciət edərək, bildirmək istəyirik ki, siz də övladlarınızın savadlı, bacarıqlı, daim öndə olmasını, beynəlxalq festival və yarışlarda iştirak etməsini görmək istəyirsinizsə, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinə müraciət edin.



YUNİS QARAXANOV,
"Şərqin səsi" qəzetinin və "Zim.Az" saytının xüsusi müxbiri,
"Borçalı" NPM-nin ədəbi redaktoru, şair-publisist, 5 kitab müəllifi.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: