XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ Bu günlərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Birinci Qarabağ Müharibəsi qazisi Əbdül Məmmədova və qazimizin oğlu "Aprel döyüşləri" şəhidi mayor Rasim Məmmədova həsr olunmuş "Qazi Atanın Şəhid Oğlu" adlı tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.


Tədbiri giriş sözü ilə Xətai rayon MKS-nin uşaq şöbəsinin müdiri Təranə Quliyeva açdı. O, gələn qonaqları, şəhid ailələrini, ziyalıları salamladı və Allahdan şəhidlərimizə rəhmət dilədi.

Sonra qazi Əbdül Məmmədova və şəhid mayor Rasim Məmmədova həsr olunmuş videoçarx nümayiş olundu.

Qazi Əbdül Məmmədovun həyat yoldaşı Bəsti ana, qazimizin oğlu və şəhidimizin qardaşı Şahin Məmmədov, şəhidimizin həyat yoldaşı Samirə xanım, şəhidimizin kursant yoldaşı, qazi, polkovnik-leytenant Taleh Əliyev çıxış edərək qazimizin və şəhidimizin həyatından və keçdiyi döyüş yolundan danışdılar.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri, qazi Anar Məmmədov, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Birinci Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, qazi Rey Kərimoğlu, Qarabağ Qaziləri Birliyinin sədr müavini, Milli Qəhrəman Fred Asifin qardaşı Ədalət Məhərrəmov, "Vətən Fədailəri" layihəsinin rəhbəri, şairə-publisist Manya Səxavətqızı, şəhidlərin ailələri üzvləri- Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran ana, şəhid baş leytenant Həmid Qasımovun anası Tovuz ana, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İsmayıloğlu və başqaları çıxış etdilər.

Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbinin şagirdi Çinarə Həsənlinin, "Ana-Vətən" qrupunun üzvləri Əli Hüseynovun və Zəhra Hüseynovanın, balaca vətənpərvər qızımız Nuray Səlimovanın səsləndirdiyi şeirlər tədbir iştirakçılarının ürəyini riqqətə gətirdi.

Tədbirin sonunda xatirə foto-şəkilləri çəkdirildi.

Yunis Qaraxanlı,
"Şərqin səsi" qəzetinin redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
jurnalist, şair.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: