YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ SƏNAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ SƏNAN MÜƏLLİM!.. TƏBRİK EDİRİK!...

60 yaş nədir ki...

Onu təqdim etməyə ehtiyac yoxdur. Sakit təbiətli, onu tanıyanların sevimlisi, vətənsevər, müşfiqşünas və nəhayət Xızı diyarının yetirməsi Sənan Talıbov haqqındadır dediklərimiz. Onunla ilk tanışlığımızda elə bildik ki, bəlkə də əlli ildir bir-birimizi tanıyırıq. Söhbətimiz tez alındı, musiqidən, mədəniyyətimizin indiki durumundan, görülən və görüləcək işlərdən xeyli danışdıq. Səmimiyyəti ilə insanı ovsunlayır, desək yanılmarıq.

Sənan müəllim bağlı olduğu peşəsini çox sevir. O qədər ki, hətta çalışdığı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı mütəxəssisi kimi fəaliyyətini davam etdirir, yoruldum da demir. Əslində peşəsini sevən insanlar məhz Sənan müəllim kimi olur, burada qeyri-adi bir hal yoxdur.

Sənan Talıbovun 60 yaşı tamam oldu bu gün. İşin çoxluğundan görüşə bilməsək də, müasir dövrün texnoloji imkanlarından istifadə edərək haqqında ürək sözlərimizi yazmaq fürsətini fövtə vermədik. Düşünürük ki, bizim yazdıqlarımızə da səmimi qəbul edər. Əslində Sənan müəllim haqqında bildiklərimizn çox qısa xülasəsini veririk. Tam yazsaq bəlkə də uzun çəkər. Vaxt, saat, zamanı ölçən cihazları insanlar icad edib. Sənan müəllimin təqvim yaşını bir kənara qoyaq, ona heç 30 bioloji yaş da vermək olmaz. Bir də 60 yaş nədir ki, Sənan müəllim. Müdrikliyin astanasıdır 60 yaş...

Bir az da Sənan Talıbovun keçdiyi həyat yoluna qısa nəzər salaq, əlbəttə, bilməyənlər üçün. Həm də ona görə bu xatırlatmanı yazırıq ki, bəlkə ömrünü mədəniyyətimizin inkişafına həsr etmiş nadir peşəkarlardan olan Sənan müəllimə layiq olduğu qiymət verilə...

S.Talıbov 16 mart 2004-cü il tarixindən bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ayrı-ayrı sektorlarında çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

2004-cü ildən 2013-cü ilə qədər Xızı rayon Mədəniyyət idarəsinin müdiri işləyib.

2014-cü ildən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Təbliğat və statistik araşdırmalar, sonra Elmi araşdırmalar şöbələrinin müdiri olub. Hazırda isə aparıcı mütəxəssis kimi fəaliyyət göstərir.

Sonda Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şeirindən bir parçanı təqdim etməklə həm də diqqəti Sənan müəllimə yönəltmək istəyirik:

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.


YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ SƏNAN MÜƏLLİM!.. Çox hörmətli Sənan müəllim!
Yubieyiniz mübarək!..
Sizi bu şad gününüz münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!


Həbib MİRZƏYEV,
AzTU-nun Humanitar fənlər kafedrasının müdiri,
"Hüseyn Cavid-25” ƏPT-nın sədri,
filologiya üzrə fəlsəfə doktoru, dosent;


Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: