Təbrik edirik!.. Bəxtiyar QARACAya AzTV-də yüksək vəzifə verildi

Təbrik edirik!.. Bəxtiyar QARACAya AzTV-də yüksək vəzifə verildi Tanınmış telejurnalist,
şair-publisist
Bəxtiyar Qaracaya
Azərbaycan Dövlət
Televiziya və Radio
Yayımları Qapalı
Səhmdar Cəmiyyətində
vəzifə verilib.


AzNews.az-a xəbər verib ki, Bəxtiyar Qaraca AzTV QSC-nin sədri Arif Alışanovun müvafiq əmri ilə Mədəniyyət kanalına direktor müavini təyin edilib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova faktı təsdiqləyib.

Məlumat üçün bildirək ki, B.Qaraca bundan əvvəl “Azərbaycan” qəzetində çalışırdı.
Qəzetdən əvvəl isə telejurnalist uzun illər AzTV-də çalışıb.

Onu da bildirək ki, bir müddət əvvəl mətbuatda A.Alışanovun 2006-2009-cu illərdə işdən qovduğu baş redaktorları geri qaytarması ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda bildirilirdi ki, bir vaxtlar Gənclik Proqramları redaksiyasından uzaqlaşdırılan şair Bəxtiyar Qaraca da ötən ilin sonunda Arif Alışanovla görüşüb və onun yenidən televiziyaya qaytarılması ilə bağlı müzakirələr aparılıb.

Hörmətli Bəxtiyar müəllimi yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: