Mətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətilə toplantı təşkil edib

Mətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətilə toplantı təşkil edibMətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətilə toplantı təşkil edib Mətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətilə toplantı təşkil edibMətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətilə toplantı təşkil edib Bu gün - Martın 4-də Beynəlxalq Mətbuat Mərkəzində jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin düzənlədiyi tədbir eyni zamanda yubilyar qələm sahibinin yeni çapdan çıxmış kitabının təqdimatı ilə də yadda qalıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ sədri Əflatun Amaşov giriş sözü ilə çıxış edərək Ş.Kərimovanın ömür yolundan söz açıb.
O bildirib ki, Ş.Kərimovada yaradıcılığıa meyl özünü hələ orta məktəb illərində göstərib. Məqalələri müxtəlif mətbuat orqanlarında dərc edilib. “Azərbaycan gəncləri” qəzetindəki yazısı həmin vaxt keçirilmiş müsabiqədə qalib də olub. “Şəmsiyyə xanım Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra AZTV-də, bir sıra nüfuzlu qəzetlərdə, o cümlədən “Azərbaycan gəncləri”ində çalışıb. 8 il “İki sahil” qəzetində işləyib. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təsis etdiyi “Yeni təfəkkür” qəzetinin baş redaktorudur. Onun olduqca nəcib missiya yetirən təşkilatın mətbu orqanına rəhbərlik etməsi düşünürəm ki, sıradan məsələ deyil. Bu, jurnalistin xarakterinin göstəricisidir. Bizlər Şəmsiyyə xanımı fədakar jurnalist, qələmi ilə məlhəm olan həmkar kimi tanımışıq”, - deyən Ə.Amaşov əlavə edib ki, Ş.Kərimovanın jurnalistlik fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirirlib. 2010-cu ildə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
MŞ sədri yubilyarı rəhbərlik etdiyi qurumun diplomu ilə də təltif edib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov yubilyar jurnalisti səmimi və qayğıkeş dost, əsl yaradıcılıq adamı kimi xarakterizə edib. Təqdimatı keçirilən “Şəmsiyyənin kitabı”ndan söz açan deputat nəşri müəllifin 40 illik zəhmətinin bəhrəsi kimi dəyərləndirib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, veteran jurnalist Yusif Kərimov “Şəmsiyyənin kitabı”nı 60 yaşlı yubilyar qələm sahibinin jurnalist fəaliyyətinin hesabatı adlandırıb. “Bu hesabat nədən ibarətdir? Kitabda əsasən Şəmsiyyə Kərimovanın qələm dostları, həmkarları ilə bağlı oçerkləri toplanıb. O oçerklər isə bütöv bir tarixi mərhələyə işıq salmaq baxımından önəmlidir”, - deyə o vurğulayıb.

Tədbirdə çıxış edənlərdən Milli Məclisin deputatı Tahir Rzayev, yubilyarın həmkarları Telli Pənahqızı, Məzahir Süleymanzadə, Qafar Əsgərzadə və başqaları Ş.Kərimovanın əməksevərliyindən söz açaraq onu peşənin nüfuzu qoruyan istedadlı jurnalist kimi xarakterizə edib, təbriklərini çatdırıblar.

Sonda çıxış edən Şəmsiyyə Kərimova toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Mətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətilə toplantı təşkil edib

REDAKSİYADAN:

ÇOX HÖRMƏTLİ
QƏLƏM DOSTUMUZ
ŞƏMSİYYƏ XANIMI
ANADAN OLMASININ
60 İLLİK YUBİLEYİ
MÜNASİBƏTİLƏ
ÜRƏKDƏN
TƏBRİK EDİRİK!

ONA UZUN ÖMÜR,
MÖHKƏM CANSAĞLIĞI,
ŞƏXSİ HƏYATINDA,
YARADICILIQ İŞLƏRİNDƏ
VƏ İCTİMAİ FƏALİYYƏTİNDƏ
YENİ-YENİ UĞURLAR
ARZULAYIRIQ!...

Müşfiq BORÇALI.






.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: