İstedadlı aparıcı Rita Ömərova

İstedadlı aparıcı Rita Ömərova Rita Kamal qızı Ömərova – 1983-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasında anadan olub.
1990-2000-cı illərdə Bakı şəhəri, Xətai rayonundakı 257 saylı orta məktəbində təhsil alıb.
2000-2004-cü illərdə Baki Dövlət Universitetinin Politologiya ixtisasi üzrə bakalavr, 2004-2006-cı illərdə magistratura pilləsi üzrə təhsil alıb.
2006-cı ildə aspiranturaya daxil olub. Jurnalistikaya olan marağı yolunu ANS-dən salıb.
2007-ci ildə Amerika-Azərbaycan Media Akadmiyasını bitirib.
Elə həmin ildən başlayaraq ANS TV-də müxbir, aparıcı, layihə rəhbəri vəzifələrində çalışıb, ANS-in Vaşinqtondakı xüsusi müxbiri olub.
Hazırda "Xəbərçi""İç xəbər" proqramlarının aparıcısı və redaktorudur.
Rita xanıma biz də yeni-yeni uğurlar arzulayırıq!...
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: