Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib

Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib Gürcüstanda səfərdə olan
Milli Məclisin deputatı,
Azərbaycan-Gürcüstan parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Əflatun Amaşov bir sıra görüşlər keçirib.


Ə.Amaşov öncə gürcüstanlı soydaşımız, jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış “Uteshenie” (Təsəlli) şeirlər kitabının təqdimat mərasiminə qatılıb. F.Mursaqulovu tələbəlik illərindən parlaq istedada malik yaradıcılıq adamı kimi tanıdığını vurğulayan Ə.Amaşov onun qısa müddətli həyat yolunda əsl mübarizlik keyfiyyətləri nümayiş etdirdiyini bildirib. “Bu keyfiyyətlər Fikrəti cəmiyyətə, insanlara yaxınlaşdırırdı. Tanıyanların hamısı ona rəğbətlə yanaşırdı. Şerləri daim yaşamaq ruhlu idi. Üslub və dil xüsusiyyətləri baxımdan olduqca səlist və ahəngdar yazırdı. Bacarığı ilə təəccübləndirirdi. Ən əsası isə Fikrət məhrum olduğu göz işığını şerlərinə daşıyaraq sanki nur saçırdı”, - deyən Ə.Amaşov F.Mursaqulovun əziz xatirəsinə ehtiram əlaməti olaraq çapdan çıxmış kitabın məziyyətlərindən də söz açıb.

Çıxış edənlərdən yazıçı-publisist Binnət Əlioğlu, professor Mahmud Hacıxəlilov, şair Abbas Əli və başqaları F.Mursaqulovun şeirlərində Vətənə, xalqa, millətə, torpağa məhəbbətin tərənnüm olunduğunu vurğulayıblar, mərhum şairi xarakterizə edən cəhətləri yada salıblar, onunla bağlı xatirələrini bölüşüblər. Təqdimat mərasiminə toplaşanlar belə tədbirlərin Gürcüstan azərbaycanlıları arasında ictimai mühitin zənginləşməsinə böyük töhfə olduğunu da dilə gətiriblər. Mərasimdən sonra iştirakçılar F.Mursaqulovun məzarını ziyarət ediblər.

Qeyd edək ki, F.Mursaqulov 1955-ci il iyulun 10-da Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra Bakıda qalıb işləyib, gözdən əlil insanlar üçün nəzərdə tutulmuş mətbu orqanın redaktoru olub. O, 33 yaşında dünyasını dəyişib.

Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib * * * * *

Ə.Amaşov Gürcüstanın Marneuli şəhərində azərbaycanlı ziyalılarla görüşüb. Görüşdə qonşu ölkədə yaşayan azərbaycanlıların sosial-iqtisadi problemləri müzakirə olunub. Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvilinin də qatıldığı tədbirdə deputat Ə.Amaşov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin qədim tarixə malidir. Deputat mədəni münasibətlərin inkişafında elm, mədəniyyət, incəsənət xadimlərinin rolunu xüsusi vurğulayıb. O, qonşu ölkədə yaşayan soydaşlarımıza Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğıdan danışıb.

Ə.Amaşov həmçinin bildirib ki, hazırda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Bakıda güzəştli şərtlərlə təhsil almalarının təmin edilməsinə yönələr söhbətlər aparılır. Əsasən də Azərbaycan dili və ədəbiyyatı, filologiya, tarix, mədəniyyətşünaslıq, turizm və digər ixtisaslar üzrə bu mexanizmin tətbiqi nəzərdə tutulur. Burada başlıca şərt odur ki, həmin gənclər Azərbaycanda təhsil aldıqdan sonra qayıdıb Gürcüstanda işləməlidirlər.

Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstanın inkişafında mühüm rol oynadıqları vurğulanıb. Həmçinin bildirilib ki, bu ölkənin ərazi bütövlüyünün müdafiəsində minlərlə azərbaycanlı döyüşüb, onlardan bir neçəsi şəhid olub. Gürcüstan hökuməti bunları yaxşı bilir və qiymətləndirir.

****

Ə.Amaşov Gürcüstana səfəri çərçivəsində Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində də olub. O, rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə həyata keçirdikləri layihəyə əsasən nəzərdə tutulan kitablarin az bir hissəsini Mərkəzə təqdim edib. Qeyd edək ki, sözügedən layihədən məqsəd Gürcüstandakı Azərbaycan məktəblərini və mədəni mərkəzlərini kitablarla, müxtəlif tədris vəsaitləri ilə təmin etməkdir.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: