Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildiCavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi İyunun 4-də Respublika Şairlər günü ərəfəsində, “Cafe Media”da “Qafqaz Media“ İctimai Birliyinin təşkilatçılığı ilə gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirilmişdir.

“Qafqaz Media” İctimai Birliyinin sədri Hacı Azadə Taleh-Abbasqızı
tədbiri giriş sözü ilə açaraq Cavidanın yaradıcılığı barədə fikirlərini bölüşmüş və ona yaradıcılıq uğurları arzulamışdır.

Sonra Cavidanın atası, Bakı Dövlət Universitetinin müəllimi, tanınmış alim Sadəddin Əfəndiyə çıxış üçün söz verilmiş, o, hamını salamlayaraq sözün işığına gələnlərə minnətdarlığını bildirmişdir.

Həmçinin Cavidanın əmisi - fəlsəfə elmləri doktoru, professor Hacı Osman Əfəndi, Azərbaycan Respublikasının əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Gülnar Səma, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İntiqam Yaşar, “Beynəlxalq Qadın Hüquqları Qorunması İctimai Birliyi”nin sədri Təranə Namazova, Azərbaycan Yazıçılar Birliyinin rəsmisi Dayandur Sevgin, ulu Borçalının ozan qızı Aidə Gülzar, Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov, Azərbaycan Gənc Ədəbiyyatçılar Birliyinin üzvü Nəzakət Niftiyeva və başqaları çıxış edərək Cavidanı kitabının təqdimatı münasibəti ilə təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.

“İnsanlığın keşiyində” qəzetinin baş redaktoru Əsli Mustafayeva öz çıxışında : “Odlar yurdu Azərbaycanım dünya tarixinə çox məhşur dahilər, şəxslər. şairlər bəxş etmişdir. Cavidan müəllim əfəndiyevin yaradıcılığında da dahilərə məxsus fəlsəfi fikirlər, yüksək insani düşüncələr öz əksini tapmışdır. Ona bu yolda uğurlar diləyərək, yaradıcılıq zirvəsi arzulayırıq...” - deyə bildirmiş və gənc şairi “Nizami Gəncəvi” fəxri diplomu ilə təltif etmişdir. Həmçinin gənc şair Gürcüstan Respublikasından göndərilmiş “Fəxri Diplom”la təltif edilmişdir.

Sonra isə tədbir bədii hissə ilə davam etdirilmiş, əməkdar artist Elza Seyidcahan öz bəstəsini ifa etmişdir. Habelə, aşıq Aidə Gülzar, gənc müğənnilər Bəxtiyar Bilal və İlahə Mələk öz ifaları ilə tədbirə rəngarənglik qatmışlar.
Tədbirin sonunda Cavidan təşkilatçı Hacı Azadə Taleh-Abbasqızına, tədbirin rejissoru, bəstəkar Elgün Seyidzadəyə və bütün qonaqlara öz səmimi minnətdarlığını bildirmişdir.

Taleh Hüseynov


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: