İctimai Televiziyada yeni təyinatlar - RƏSMİ

İctimai Televiziyada yeni təyinatlar - RƏSMİ İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

ITV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a verilən məlumata görə, iclasda Elgün İbrahimovun İnformasiya departamentinin direktoru vəzifəsindən azad olunması təsdiqlənib. Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru Əsəd Məmmədov başqa işə keçməsiylə əlaqədər vəzifəsindən azad olunub.

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Rauf Rəcəbovun,
musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru vəzifəsinə isə Natiq Abdullayevin təyinatı təsdiqlənib.


İctimai Televiziyada yeni təyinatlar - RƏSMİ Rauf Rəcəbov 10 iyul 1969-cu ildə Lerik rayonunda anadan olub. 1990-cı ildə Natiqlik sənəti və işgüzar menecer kollecini, 1996-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İxtisasca politoloqdur.
1993-2005-cı illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə calışıb.
1993-1995-ci illərdə "Xəbərlər" redaksiyasında müxbir, 1995-2003-cü illərdə Televiziyanın "Səhər" musiqi-informasiya proqramında şərhçi, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində çalışıb. Azərbaycan Televiziyasında 1995-ci ildə "Kriminal xronika" müəllif verilişinin yaradıcısı və aparıcısı olub.
1996-cı ildə Türkiyənin TQRT kanalında yayımlanan "Azərbaycan bu gün" proqramının müəllifi olub.Bir sıra televiziya filmlərinin o cümlədən "Terror" sənədli filminin ssenari müəllifidir. 2005-2011-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Milli Azlıqlar ücün Verilişlər departamentinin direktoru vəzifəsində calışıb.2011-2013-ci illərdə İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini və Baş redaktoru olub. 2013-2015-ci illərdə İctimai Televiziyanın Səhər Proqramları Departamentinin direktoru vəsifəsində calışıb. 2016 cı ilin iyun ayından İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin Direktoru vəzifəsində calışır. Eyni zamanda İTV-də yayımlanan "Sənədli Detektiv" verilişinin müəllifi və aparıcısıdır.


İctimai Televiziyada yeni təyinatlar - RƏSMİ Natiq Abdullayev - Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
İqtisad elmləri namizədidir.
1992-ci ildən İTAR-TASS, Azərinforum agentliklərində jurnalist fəaliyyətinə başlayıb və müxtəlif rəhbər vəzifələrdə çalışıb.
1995-ci ildən AzTV-böyük redaktor vəzifəsində işləyib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İnformasiya” departamentinin,
daha sonra isə musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru vəzifəsində çaışıb.
2016-cı ilin iyununda yenidən İtv-nin musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru vəzifəsinə təyin olunub.


Hörmətli Rauf Rəcəbovu və Natiq Abdullayevi yeni vəzifəyə təyin olunmaları münasibətilə
ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI.




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: