Plenar iclasda iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ZiM.Az-a bildirib ki, İclasın son günündə təşkilatın ayrı-ayrı qurumlarının hesabatları dinlənilib və qəbul edilib.
Toplantıda vurğulanan məsələlərdən biri də bu olub ki, 12 ölkəni birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionda sülh, sabitlik və inkişafa yönəlik fəaliyyətini gücləndirilməlidir. Mövcud xüsusda qaçqınlarla əlaqədar problemlərə hüquqi, mədəni və sosial aspektdə yanaşılmasının zəruriliyi önə çəkilib.
İclasda Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə Parlament Assambleyası Türkiyədə baş vermiş terror aktını pisləyən qətnamə qəbul edib.
Azərbaycan nümayəndə heyətinin fəal dəstəyi ilə irəli sürülən növbəti təklif isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibində fəaliyyət göstərən Parlament Assambleyasının ayrıca qurum kimi formalaşdırılması ilə bağlı olub.
Məsələnin reallaşması üçün müvafiq prosedur fəaliyyətin həyata keçirilməsi və üzv təşkilatların rəylərinin nəticələrinə əsasən yekun qərarın verilməsinə dair razılığa gəlinib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik Rusiyadan Serbiyaya keçib və assambleyanın növbəti toplantısı bu il noyabrın sonunda Belqradda olacaq.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.