İstadadlı gənc yazarların Sumqayıtda görüşü

İstadadlı gənc yazarların Sumqayıtda görüşü Bu gün Sumqayıt şəhər 28 May Mədəniyyət Evində Əli Kərim adına Poeziya klubunun və 28 May Mədəniyyət evinin təşkilatçılığı ilə istedadlı gənc yazarlarla Sumqayıtın mədəniyyət işçilərinin və sumqayıtlı oxucuların görüşü keçirilib.

ZiM.Az bildirir ki, Sumqayıtlı yazarların da qatıldığı görüşdə gənc yazarlar, AYB-nin üzvləri və Prezident mükafatçıları Vəfa Mürsəlqızının və Faiq Hüseynbəylinin, həmçinin gənc yazar Zamiq Mehdisoyun yaradıcılıqları üzərindən ümumiyyətlə ölkənin gənc yazarlarının yaradıcılığına baxış sərgilənib.

Tədbiri giriş sözü ilə 28 May Mədəniyyət evinin bədii rəhbəri Ulduz xanım açaraq görüşü aparmaq üçün sözü Ə.Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyaslıya verib.

İ.İlyaslı ölkə rəhbərliyi tərəfindən milli ədəbiyyatımıza olan diqqət və qayğıdan söz açaraq, Sumqayıtın ədəbi mühiti haqqında, Poziya klubunun həyata keçirdiyi tədbirlər haqda görüş iştirakçılarına ətraflı məlumat verdi və gənc yazarları görüş iştirakçılarına təqdim edib.

Əvvəlcə, 28 May Mədəniyyət evi nəzdində fəaliyyət göstərən Xalq Teatrının üzvləri – bədii qiraətçilər gənc şairlərin şeirlərini söyləiblər.
Sonra söz gənc yazarlara verilib. Onlar ədəbi gəncliyin bu günü haqda fikirlərini dilə gətirdilər və öz şeirlərindən nümunələr oxuyublar.

Tədbirdə iştirak edən tanınmış sumqayıtlı ədiblərdən Sabir Yusifoğlu, Almaz Sahilə, Xatirə Fərəcli, Qafqaz Əvəzoğlu, eləcə də Bakıdan tədbirə qatılmış tanınmış şair Faiq Balabəyli söz alaraq gənclərin yaradıcılığına öz münasibətlərini bildiriblər və onlara uğurlar diləyiblər.
Görüşdə, eyni zamanda tədbirdə iştirak edən sumqayıtlı gənc yazarlar öz şeirlərini söyləyiblər.

İstedadlı gənc şairlərin şeirləri ilə süslənmiş görüşdə 28 May Mədəniyyət Evinin direktoru Vüsaal Yaqublu yekun sözü söyləyib və bu cür tədbirlərin mütamadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: