Onların gərgin əməyindən, düşüncə və baxışlarından süzülən nümunələr həyatımızı zənginləşdirir, ruhumuzu qidalandırır.
Bu günlərdə 60 illik yubileyini qeyd edən jurnalist, yazıçı, publisist və şair Valeh Mirzə də öz dəst-xətti və prinsipiallığı ilə seçilən, yaradıcılığı ilə mənəvi dünyamıza rəng qatan həmkarlarımızdan, dostlarımızdandır.
Mirzəyev Valeh Əvəz oğlu - 13 dekabr 1956-cı ildə Cəlilabad rayonun Ləkin kəndində anadan olub. 1974-cü ildə Ləkin kənd orta məktəbini bitirib. 1976-cı ildə M.F.Axundzadə adına Rus dili və Ədəbiyyat İnstituna (indiki Bakı Slavyan Universitetinə) daxil olub. 1981-ci ildə təshilini başa vurduqdan sonra Cəlilabad rayonun Xəlilli kənd məktəbində rus dili və ədəbiyyat müəllimi işləyib.
Valeh Mirzə yaradıcılığa yeniyetmə ikən başlayıb. İlk şeirləri 1972-1973-cü illərdə “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” qəzetlərində dərc olunub. 1984-cü ildən 2000-ci ilədək “Azərbaycan pioneri” (indiki “Savalan”) qəzetində müxbir, baş redaktor müavini və baş redaktor vəzifələrində çalışıb. 2000-2001-ci illərdə “Bakı Post” qəzetinin, 2001-2007-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru olub.
Azərbaycan Respublikası Prezdenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş Valeh Mirzə 15 kitabın müəllifidir. Onun müxtəlif mövzularda qələmə aldığı məqalələr oxucular tərəfindən sevilir. Yubilyar bu gün də yüksək məhsuldarlığı ilə seçilir. Azərbaycan və rus dillərində ölkədə və xaricdə baş verən proseslərə dair şərhləri, dərin məzmunlu analitik məqalələri maraqla qarşılanır.
Valeh Mirzə dostumu 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm, Uca Tanrıdan ona möhkəm cansağlığı, uzun ömür diləyirəm.
60 yaş yaradıcı insanın ən kamil vaxtıdır.
Valeh Mirzə bu kamilliyi həyat amalına çevirməyi bacarmış istedadlı jurnalist, şair və yazıçıdır.
Arzu edirəm ki, illərin təcrübəsinin bəxş etdiyi keyfiyyətlər Valeh Mirzəni daha yüksək zirvələrə daşısın.
Əziz həmkar, 60 illik yubileyin mübarək!
Dərin hörmətlə və daha böyük yubileylərini görmək arzusu ilə,
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı
REDAKSİYADAN:
Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı, hörmətli Əflatun AMAŞOVun əziz həmkarımız VALEH MİRZƏyə ünvanladığı səmimi təbrikə və xoş arzulara qoşularaq, Yubilyar qardaşımızı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də ictimai fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.