Bakı. 16 mart, 2017-ci il. ZiM.Az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev F.C.İsmayılova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
"ZiM.Az" xəbər verir ki, sənədə əsasən
jurnalistika sahəsində səmərəli fəaliyyətinə və
miqrasiya orqanlarının inkişafında göstərdiyi
xidmətlərə görə Füzuli Cahangir oğlu İsmayılova
“Əməkdar jurnalist” fəxri adı verilib.
Əziz və hörmətli qələm dostumuz Füzuli İsmayılovu
“Əməkdar jurnalist” fəxri adı ilə təltif olunması münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.