Əflatun Amaşov
2017-ci il martın 26-da
Gürcüstan parlamentinin sədr müavini,
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
Zviad Dzidziquri ilə görüşüb.
ZiM.Az APA-nın Gürcüstan bürosunun məlumatına əsasən xəbər verir ki, görüşdə Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani və Mahir Dərziyev də iştirak edib. Görüş çərçivəsində tərəflər hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının aktiv və səmərəli fəaliyyət göstərməsi üçün yaxın vaxtlarda təkliflər paketinin işlənib hazırlanması barədə razılığa gəliblər. Təkliflər paketində hər iki ölkənin mədəni, idman və digər vacib sahələrdə, həmçinin sərhədyanı ərazilərdə görüşlər və tədbirlərin keçirilməsi üçün qrafik müəyyənləşdiriləcək.
Əflatun Amaşov deyib ki, ilk tədbir kimi Gürcüstanın və Azərbaycan deputatlarının hər iki ölkəyə qarşılıqlı səfərləri həyata keçiriləcək.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.