“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub
TƏBRİK EDİRİK!..

Bu günlərdə Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri, Millət Vəkili Əflatun Amaşov “ATV” (Azad Azərbaycan) televiziyasının Gürcüstan bürosu üzrə xüsusi müxbiri Nadir Almazoğlunu diplomla təltif edib.

Qeyd edək ki, diplom Nadir Almazoğluna, onun Media sahəsindəki səmərəli fəaliyyətinə və müasir Azərbaycan jurnalistikasının inkişafında göstərdiyi xidmətlərinə görə təqdim edilib.

Diplomun təqdimat tədbirində Millət vəkili, Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, Nadir Almazoğlunun Azərbaycan Gürcüstan Dövlətləri arasındakı münasibətlərin inkişafında özünün hazırladığı reportajları, eləcə də çəkdiyi sujetləri ilə kifayət qədər önəmli və yüksək xidmətlər göstərdiyini, həm də onun operativ və dəqiq jurnalist olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Hörmətli Nadir Almazoğlunu biz də ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: