TƏBRİK EDİRİK, VASİF ƏLİHÜSEYN!..

TƏBRİK EDİRİK, VASİF ƏLİHÜSEYN!.. TƏBRİK EDİRİK, VASİF ƏLİHÜSEYN!..














TƏBRİK EDİRİK, VASİF ƏLİHÜSEYN!.. Gənc və istedadlı şair – jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaütçüsü (2014)
Vasif Əlihüseyn
Əlifağa oğlu

1985–ci il sentyabrın 25–də Cəlilabad rayonundakı Muğan kəndində anadan olub. 1992-ci ildə Muğan kənd orta məktəbinin birinci sinifinə daxil olub, 2003-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 2003 – 2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mülki Müdafiə Qoşunlarında xidmət edib, əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. Sonra Moskva Sosial Dövlət Universitetinin filologiya fakulitəsinin məzunu olub (2006 – 2012). Daha sonra isə təhsilini Bakı Slavyan Universitetinin yaradıcılıq fakulitəsində davam etdirib (2011 – 2013).

Əmək fəaliyyətinə 2009–cu ildə “Vətəndaş Həmrəyliyi” qəzetində muxbir kimi başlayıbıb. 2010–cu ildən “Tüküstan” qəzeti ilə əməkdaşlıq edib. Bir qədər sonra isə “Karabakhinfo” elektron jurnalında muxbir kimi çalışıb (2012-2013). 2013–cü ildən isə “Təzadlar” qəzetinin xüsusi muxbiri kimi çalışır.

“Ayrılığın rəngi” adlı ilk şeirlər və poemalar kitabı 2011-ci ildə çap olunmuş gənc yazar Vasif ƏliHüseynin bu günlərdə isə “Divara yazılmış AZADLIQ sözü” adlı (2015) ikinci şeirlər və esselər kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.

TƏBRİK EDİRİK, VASİF ƏLİHÜSEYN!.. Kitabın təqdimatı iyunun 27 – də Park Bulvarda yerləşən “Ali və Nino” kitab mağazasında kerçəkləşib.

Kitabda Vasif Əlihüseynin son illərdə yazdığı şeir və esseləri toplanıb. Kitabın ön sözünün müəllifi və redaktoru şair Məlahət YUSİFqızıdır. Təqimatda şairlərdən Balayar Sadiq, Məlahət YUSİFqızı, Şəfəq Sahil, Xaliq Laçınlı və həmçinin gənc yazarlardan Hədiyyə Şəfaqət, Seyran İsmayıl, Yusif Ərəbsoy, Gülbala Dadaş, Yetim Qacar və Qərib iştirak edib.

Bu münasibətlə biz də qələm dostumuz Vasif Əlihüseyni ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, jurnalistlik fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulaırıq!..

Günay NOVRUZ,
"Şərqin səsi" qəzetinin və "ZiM.Az" saytının Redaktor müavini.





Redaksiyadan: Aşağıda Vasif Əlihüseynin yazılarından bəzi nümunələri oxucularımıza ərmağan edirik:


AZADLIQ

Azadlıq,
başqa bir varlıqdı, dostum!
Azadlıq üçün hayqıranların
gözlərinə
gözyaşardıcı qaz püskürür zaman.
Gəl, gedək, dostum!
Gəl, gedək,
nə qədər ki, zamanın dəyənəyi
Kürəyimizə dəyməyib!
Gəl, gedək!
divara yazılmış
“Azadlıq” sözünü
ürəyimizdə oxumağa.



TƏRƏZİ

Küçə-küçə, şəhər-şəhər,
adamlar ağ, qara rəngi.
Burda bir tərəzi yatır,
guya, xoşbəxtlik çələngi.

Gələn çəkir öz çəkisin,
ardıyca çağır ha, çağır.
Özünü burda çəkənin,
dərdi, çəkisindən ağır.

Gördünmü olan çəkini?
niyə titrədi ki, dizin.
Dərdlərinin pulun ödə,
ay dərdindən xəbərsizim.


SƏNİ SEVSƏM...

Döy qapımı gecə yarı,
cır üzünü, yaz adımı.
Bəsdi dilin yara olar,
az çağır gəl, az adımı.

Əlində qapı dəstəyi,
bu nimdaş qapıdan qopmuş.
Qız, səndə könül istəyi,
Mənə qarşı niyə çoxmuş?

Çıx küçəyə, yoxam evdə,
əlində bir fənərdə yax.
səni nə qədər sevmişəm,
qapıda ki, sayğaca bax.


Çay evlərindəki rayonlu qızlar


Bu qızları görəndə, ilk ağlıma gələn o olur ki, bunlar rayondan Bakıya gələndə, evdəkilərə harada işləməyə gedirik deyib?! Elə bilirəm ki, toza – dumana bürünmüş “Çay evi”nə, nə vaxtsa onun hansısa bir qohumu müştəri qismində gələcək və görəcək ki, bu yazıq qıza çay gətirdiyi masalardan gör neçə cavan əl – qol atır.

Vallah bu yazını ürək ağrısıyla yazıram. Artıq Bakıda çay evlərinə müştəri cəlb etmək üçün bu üsula əl atıblar: kafeyə qız işçiləri işə götürməklə. Kəndin o cür təmiz havasından sonra, bu kafelərdəki siqaret tüstüsünü udmaq ən azından onlar üçün Bakıdı.

Yazıqların hələ kafedəki cavanların zarafatla soruşduğu “ərin var?” – sualına cavab olaraq “ərimə nə gəlib, səndən də qəşəngdi”- cavabı isə onlar üçün ən böyük təsəllidi. Bəs əri olmayanlar nə deyir görəsən?! Deyir: “qadaşıma nə gəlib, səndən min dəfə qəşəng oğlandı?!”

Bakını ilk dəfə televizorda görən bu qızlar, şəhərin ən yaxşı yerlərini görüblər. Amma fikirləşməyiblər ki, Bakının televizora sığmayan belə kafeləri də var.

“Nərd taxtası”nı ilk dəfə atasıyla dostu oynayanda, “Domino”nu qardaşı dostlarıyla oynayanda görən bu qızlara, rayona qayıtmaq üçün xatirələrdəmi kömək etmir?!

Dostların dəvəti ilə işdən sonra çay içməyə getdiyimiz bu çay evində hələ masaların üstünü belə təmiz silə bilməyən qız sabah uşaqlarla pivə içəcəyinə söz verir. Bəlkə də hamını unudan bu qız, bircə ləhcəsini unutmayıb. Danışığından hiss edirəm ki, biz tərəfdəndi.

Dostların dəvəti ilə üfunət qoxulu “Çay evi”ndən çıxıb evə getmək üçün metronun Memar Əcəmi stansiyasına yaxınlaşıram.

Yazıqlar, arzum budur sizi Bakını tanımayan oğlanlar sevsin!
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: