... Bu barədə hələ uşaq olarkən düşünmüşdüm. O zamanlar 20-30 yaşlılara əmi, dayı deyərdim. Yəni əmidirsə, hələ baba deyil. Demək qocalmayıb. Qocalara da diqqət yetirərdim. Heç birinin dünyasını dəyişəcəyini düşünməzdim. Amma günlərin birində, ikisində, üçündə onların həyatla vidalaşdıqlarına şahidlik etdim.
Nisbətən böyüdüm. Səməd Vurğunun cəmi 50 il ömür sürdüyünü öyrəndim. Xəbər tutdum ki, Mikayıl Müşfiq 29, Asəf Zeynallı 23 il yaşayıb. Təbii, Allahın qisməti, bizlər üçün müəyyənləşdirdiyi tale payı var. Əcəldən qaçmaq olmaz da deyirlər. Amma insan istər-istəməz düşünür ki, mən nə qədər yaşasam bəs edər? Bəlkə də naşükürlükdəndir ki, daha çox yaşamaq istəyirik. Bəlkə də bu istək genimizə hopan yaddaşdır.
Əminəm ki, daha çox ömür sürmək arzusu heç bir insanı tərk etməyəcək.
Təsadüfi deyil ki, bir-birimizə uzun ömür arzulayırıq.
Ancaq bir-birimizə sağlam və xöşbəxt ömür də arzulayırıq. 60 yaşındayam.
Əziz dostlar, həyatımın əlamətdar günü münasibəti ilə Sizlərdən uzun və sağlam ömür diləklərini, gözəl sözləri eşitmək çox xoş oldu.
Demək ki, bundan sonra da yaşamağa və həm də Sizlərin sevgisi, diqqəti və qayğısı ilə daha çox yaşamağa dəyər.
Hər birinizə dərin təşəkkürümü bildirirəm.
İnanın ki, ən xoş arzularım, duyğularım Sizinlədir.
Sağlam olun, xöşbəxt olun, VAR OLUN! Uca Tanrı hər birinizdən razı olsun!
ƏFLATUN AMAŞOV
Millət vəkili,
Azərbaycan Mətbuat
Şurasının Sədri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.