İKİ ZƏVVAR

İKİ ZƏVVAR
Əziz dostum, qardaşım Əflatun Amaşova

Ey könül həmdəmim,
ürək sirdaşım,
İlahi nurudur
qəlbində sevgin.
Zirvəyə ucalan
ömürüm, yaşım
Adınla məğrurdur,
ününlə öygün!

Səninlə keçən ilk
gənclik günlərim
Şirin duyğulara qəlbimi bələr.
Qoy ötən illərə məktub göndərim,
Bəlkə uzaqlardan dönüb gələlər.

Bəlkə tarix dönə, qaytara geri
Neçə-neçə itən səsi, avazı...
Atalar dünyadan köçəndən bəri
Solğun güllər açır illərin yazı.

Zaman sınağından keçirdi bizi,
Qara qasırğalar ötdü aradan.
Məmləkət ağrılı ürəyimizi
Bizə çox görməsin ulu Yaradan.

Tanrı bizi yenə imtahan edir,
Bu dünya sədəfdir, saf incisi sən.
Bir cüt zəvvar haqqa doğru yol gedir,
Birincisi sənsən, ikincisi mən.

Əliş ƏVƏZ,
12.07.2006, Moskva

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: