ZiM.Az Vetenim.info-ya istinadən xəbər verir ki, Mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açaraq yubilyarın həyat və yaradıcılığından danışmışdır. Əlipənah Bayramova Mətbuat Şurasının diplomu və AHJ-nin hədiyyəsi təqdim olunmuşdur.
Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə, professor Cahangir Məmmədli, İTV Yayım Şurasının sədri Muxtar İmanov, "Xalq qəzeti"nin redaktor müavini Tahir Aydınoğlu, akademik Teymur Bunyadov, Əməkdar jurnalist Flora Xəlilzadə, ədəbiyyatşünas Kamran Əliyev, professor Nəsir Əhmədli, şair Zaməddin Ziyadoğlu, professor Ramiz Əskər, ədəbiyyatşünas Seyfəddin Altaylı, yubilyarın orta məktəb müəllimi İsmayıl Nəsibov, tələbə yoldaşı Əzizə Şamil və başqaları çıxış etmişlər.
Əlipənah Bayramov diqqət və qayğıya görə Azərbaycan Mətbuat Şurası rəhbərliyinə, Ahıl Jurnalistlər Məclisi üzvlərinə, mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.