ŞAİR FİKRƏT MURSAQULOV ANILIB

ŞAİR FİKRƏT MURSAQULOV ANILIBŞAİR FİKRƏT MURSAQULOV ANILIB ŞAİR FİKRƏT MURSAQULOV ANILIB Sağlamlıq imkanları
məhdud olan uşaqlar üçün
5 nömrəli xüsusi internat
məktəbində həmin
təhsil ocağının məzunu,
mərhum şair
Fikrət Mursaqulovun
60 illik yubileyi ilə
bağlı anım tədbiri keçirilib.


ZiM.Az xəbər verir ki, toplantını giriş sözü ilə
5 nömrəli xüsusi internet məktəbin direktoru İradə Vəzirova açaraq F.Mursaqulov yaradıcılığının bədii-estetik çalarlarından danışıb.
O bildirib ki, şair özünün yaradıclıq keyfiyyətləti ilə həm də mübarizlik, həyata bağlanmaq nümunəsi idi. Buna görə də rəhbərlik etdiyi məktəbdə onun keçdiyi ömür yolu şagirdlərə böyük həvəslə çatdırılır.

F.Mursaqulovun toplantıda iştirak edən tələbə yoldaşları şair dostlarını xarakterizə edən cəhətlərə toxunublar.

Çıxış edənlər Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, həmin nəşrin şöbə müdiri İlham Abbasov, həmçinin şair-publisist Givi Paçxataşvili, şair Akif Əhmədgil, 5 nömrəli xüsusi internat məktəbin ədəbiyyat müəllimi, şair Famil Hacısoy və başqaları bildiriblər ki, F.Mursaqulov yüksək istedadı, mənəvi keyfiyyətləri, eləcə də jurnalistikaya hədsiz bağlılığı ilə seçilib.

Anım tədbirində 5 nömrəli xüsusi internat məktəbin şagirdlərinin ifasında F.Mursaqulovun şerləri və şerlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Qeyd edək ki, F.Mursaqulov 1955-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.1980-ci ildən ömrünün sonunadək Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəşriyyatında baş redaktor vəzifəsində çalışıb. XX əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olmuş F.Mursaqulov gözdən əlilliyinə baxmayaraq, dəyərli sənət nümunələri ərsəyə gətirməsi ilə dostlarının, onu tanıyanların yaddaşında əbədi iz buraxıb. Onun adına yaradılmış Fikrət Mursaqulov Fondu “Ümid işığı” mükafatı təsis edib. Bir neçə il əvvəl isə mərhum şairin şerlərinin toplandığı “İşıq əlifbası” kitabı nəşr olunub.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: