TƏBRİK EDİRİK!
Artıq bildiyiniz kimi,
qədim Qarayazı mahalında
yaşayıb-yaradan dəyərli soydaşımız,
tanınmış yazıçı və istedadlı şair-tərcüməçi
Allahverdi Təkləlinin rəhbərliyi ilə
ötən ilin oktyabr ayından
Gürcüstan Yazıçılar Birliyinin (GYB) nəzdində Azərbaycan bölməsi fəaliyyət göstərir.
Elə həmin vaxtdan da tanınmış ucqar şairimiz İbrahimxəlilin baş redaktorluğu ilə həmin bölmənin orqanı - “Körük” adlı ədəbiyyat və sənət dərgisi fəaliyyətə başlayıb və bu ilin mart ayında dərginin
ilk sayı işıq üzü görüb.
Bu günlərdə isə “Körük” dərgisinin ikinci sayı oxucuların ixtiyarına verilib.

Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsindən Əziz Dəlivəlov ZiM.Az-a bildirib ki, "Körük" dərgisinin bu sayında məhşur gürcü və Azərbaycanlı yazarların və istedadlı gənclərin şeir və hekayələri, Allahverdi Təkləli və Qaraqaşoğlunun tərcüməsində Amerika ədəbiyyatından tərcümələr verilib.
Ustadlar – üst adlar rubrikası altında Məmməd İsmayılın, istedadlı şair İbrahimxəlil, Sofio Qlonti, gənc şair Vüqar Vəkiloğlunun şeirləri, Yaşar Bünyad, Naira Qelaşvili, Aqşin Yenisey, Şərif Ağayar, Mirmehdi Ağaoğlunun hekayələri, Allahverdi Təkləlinin “Tərəkəmə sayalaması” başlıqlı etnoqrafik povestindən hissə və digər yazılar dərc olunub.
Biz də dərginin bütün yaradıcı heyətini və dəyərli oxucularını ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.