Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb

Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb
TƏBRİK EDİRİK!

Artıq bildiyiniz kimi,

qədim Qarayazı mahalında
yaşayıb-yaradan dəyərli soydaşımız,
istedadlı şair və tanınmış yazıçı-tərcüməçi
Allahverdi Təkləli
nin rəhbərliyi ilə
ötən ilin oktyabr ayından
Gürcüstan Yazıçılar Birliyinin (GYB) nəzdində Azərbaycan bölməsi fəaliyyət göstərir.

Elə həmin vaxtdan da
tanınmış ucqar şairimiz İbrahimxəlilin
baş redaktorluğu ilə həmin bölmənin orqanı -
“Körük” adlı ədəbiyyat və sənət dərgisi
fəaliyyətə başlayıb və bu ilin mart ayında
dərginin ilk sayı, iyul ayında ikinci sayı
işıq üzü görüb.

Bu günlərdə isə Gürcüstan Yazıçılar Birliyi (GYB) və GYB-nin Azərbaycan bölməsinin müştərək orqanı olan “Sxivi – Şəfəq” adlı rüblük toplunun
ilk sayı oxucuların ixtiyarına verilib.


Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsindən Əziz Dəlivəlli ZiM.Az-a bildirib ki,
“Sxivi – Şəfəq” adlı rüblük toplunun ilk sayında
“Gürcü klassiklərini tanıyaq” rubrikası ilə gürcü ədəbiyyatının ən önəmli adlarından biri olan Vaja Pşavelanın (Luka Berikaşvili) “Zığ-zığ quşlarının toyu”“Cüyür balasının söylədikləri” adlı hekayələrlə açılır.
Hekayələri gürcü dilindən
Əziz Dəlivəlli çevirib.

Allahverdi Təkləlilin tərcüməsində Qalaktion Tabidze, Besik Xaranauli, Bağater Arabuli, Georgi Lobjanidzenin şeirləri, Allahverdi TəkləliQaraqaşoğlunun tərcümələrində Revaz Mişveladze, Cabua Amirecibi, Qoderzi Çoxeli, Zaal Botkoveli, Aka Mo0rçiladze, Mağvala Qonaşvili, İrakli Cavaxadze, Marine Soskolaurinin hekayələri, Qaraqaşoğlunun “Tbilisinin canlı daş adamları” sərlövhəsi altında bu şəhərdə qoyulan heykəllər haqqında yazısı, Əziz Dəlivəllinin “Şöhrəti ayağına gətirən gənc rəssam adlı yazısı, Ehtiram Əmirxanlının gürcü ədəbi mühitinə aid “XVII-XIX əsrlər” məqaləsi və s. dərc olunub.

Dərginin gürcü dilli hissəsində, əsasən Qaraqaşoğlu, Zezva Medulaşvili, Bağater Arabulinin tərcümələrində İmadəddin Nəsimi, Anar, Vaqif Cəbrailzadə, Afaq Məsud, Allahverdi Təkləli, Saday Budaqlı, Etimad Başkeçid, Salam Sarvan, Yaşar, Qismət Rüstəmovun şeir və hekayələri, həmçinin Allahverdi Təkləlinin dərziçiliklə məşğul olan rəssam qadın Qeysər KaşıyevaMurat Köhnəkayanın cazmen Vaqif Mustafazadəyə həsr etdiyi yazılar dərc edilibdir.

Xatırladaq ki, toplunun baş redaktoru Qaraqaşoğlu, redatorları Bağater Arabuli, Allahverdi Təkləli, məsul katib isə Əziz Dəlivəllidir.

Biz də ilk sayı ilə oxucuların görüşünə gələn “Sxivi – Şəfəq” dərgisinin yaradıcı heyətini
ürəkdən təbrik edir, "Qədəmlərin mübarək!" söyləyir,
onlara və dərginin bütün dəyərli oxucularına
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: