TƏBRİK EDİRİK!..
Qələminiz iti, ömrünüz uzun, canınız sağlam, sağlamlığınız möhkəm və yaradıcılığınız
zəngin olsun, Ustad!..
Qələminiz iti, ömrünüz uzun, canınız sağlam, sağlamlığınız möhkəm və yaradıcılığınız
zəngin olsun, Ustad!..
Oxucular onu çoxdan tanıyır, şeirlərini, publisistik yazılarını həmişə rəğbətlə qarşılayır. Biz isə onunla uzun illərdir demək olar hər gün görüşürük. Redaksiyalarımız - iş otaqlarımız eyni binada, eyni mərtəbə - "Azərbaycan" nəşriyyatının dördüncü mərtəbəsində yerləşdiyindən, qonşu "Azərbaycan” qəzetinin redaksiyasında çalışan digər həmkarlarımız kimi, onunla da mütəmadi olaraq görüşür,
hal-əhval tutur, mənalı ömrünün 80-ci ilini elə bu günlərdə tamamlayan ağsaqqal qələm sahibinin zəngin təcrübəsindən bəhrələnirik.
Söhbət
"Azəbaycan" qəzetinin baş redaktor müavini,
tanınmış şair və əməkdar jurnalist
Zeynal Vəfadan gedir.
hal-əhval tutur, mənalı ömrünün 80-ci ilini elə bu günlərdə tamamlayan ağsaqqal qələm sahibinin zəngin təcrübəsindən bəhrələnirik.
Söhbət
"Azəbaycan" qəzetinin baş redaktor müavini,
tanınmış şair və əməkdar jurnalist
Zeynal Vəfadan gedir.
Ömür kitabını vərəqlədikcə Zeynal müəllimin həyatın dolanbac yolunda bir-birindən ağır sınaqlarından çıxdığını görməmək mümkün deyil.
Zeynal Vəfa (Zeynalabdin İsmayıl oğlu Zeynalov) 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Hələ körpə yaşında ilk ağır zərbə alıb - İkinci Dünya müharibəsində atasını itirib, anasının himayəsində böyüyüb, ana nəvazişi ilə ayaq üstə qala bilib. Ağlı kəsəndən sonra ata həsrəti içində qovrulub, amma ilk mətbu şeirini ona həsr etməkdən başqa çarəsi olmayıb. Elə o vaxtdan bəri müharibəyə nifrət, ana-bacıları ağlar qoyanlara lənət, sülhsevərliyin təbliği, ümumiyyətlə, hər cür ədalətsizliyin ifşası Zeynal Vəfa yaradıcılığında dərin kök salıb.
Hər gecənin bir gündüzü var. "Azərbaycan" qəzetinin yubilyara ünvanlanmış təbrikində deyildiyi kimi, Zeynal müəllim ayaq üstə möhkəm durub, qarşısına çıxan çətinlikləri dəf edib işıqlı günlərə doğru inamla irəliləyib.
M.T.Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra Universitet təhsili alıb, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini (1957-1962) bitirib. Mətbuat sahəsində əmək fəaliyyətinə başlayıb.
İlk addımlarını 1962-ci ildə Naxçıvanda çıxan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetində atıb, sonra muxtar respublikanın televiziyasında çalışıb. Əvvəlcə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963-1969), ardınca Azərbaycan milli televiziyasında - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969-1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb (1980-1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib.
Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982-1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987-1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990-1992), "Meydan" qəzetində baş redaktor (1992-1993) vəzifələrində çalışıb.
Zeynal müəllimin xüsusilə milli azadlıq hərəkatına qələm sahibi kimi verdiyi töhfə təqdirəlayiqdir.
Daim günün nəbzini tutub, ilk növbədə cəmiyyəti narahat edən aktual məsələlərə diqqət yetirib.
İnsanın yaşadığı hər hansı ağrı-acıya biganə qala bilməyib, qələmi ilə bəşər övladını incidənlərin iç üzünü açmağı özünə borc bilib.
1990-1993-cü illərdə açıq fikirli cəsarətli yazılarına görə hakimiyyət tərəfindən ağır təzyiqlərə məruz qalıb.
Evi və redaksiyası dəfələrlə mühasirə halqasına düşüb.
Zeynal Vəfa Heydər Əliyevin ilk təbliğatçılarından biri olub.
1991-ci ildə Zeynal Vəfa 4 qəzetdə dərc etdirdikdən sonra, öz vəsaiti hesabına yarım milyon kserekopyasını çıxartdırıb 27 rayonda yayımladığı "Şəxsiyyət" adlı monumental yazısını "o böyük şəxsiyyətin yenidən hakimiyyətə qayıdış yolunda yaşıl işıq" adlandırmışlar.
Zeynal Vəfa 1993-cü ildən artıq 25 ildir ki, Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetində baş redaktorun müavini kimi məsul vəzifədə çalışır. İstər bədii yaradıcılığı, istərsə də ictimai publisistikası həmişə maraqla qarşılanır. Qarabağ dərdini, Xocalı faciəsini, yüz minlərlə soydaşımızın yurd-yuvasından didərgin düşməsi, torpaqlarımızın düşmən tapdağı altında qalması Zeynal Vəfa poeziyasının və publisistikasının daimi mövzularıdır.
Jurnalist Zeynal Vəfa milli mətbuatın inkişafı naminə xeyli əmək sərf etmişdir.
Bu sahədə gördüyü işlər yetərincə qiymətini almışdır.
Mətbuatda uzun illər səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə
1995-ci ildə "Qızıl Qələm" mükafatına layiq görülüb.
Respublika Prezidentinin 2005-ci il 21 iyul tarixli 924 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
2007-ci ildə Milli Müdafiə Nazirliyinin ordu quruculuğu ilə əlaqədar keçirdiyi "Ən yaxşı publisist yazılar" müsabiqəsində birinci dərəcəli mükafatın qalibi olub.
2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olub.
2009-cu il dekabrın 25-də Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi kimi, "Azərbaycançılıq ideyası milli həmrəyliyin təməl prinsipləridir" mövzusundakı publisist yazısına görə diplomla təltif edilib.
22 iyul 2010-cu ildə Respublika Prezidentinin sərəncamı ilə milli mətbuatımızın 135 illiyi ilə əlaqədar
"Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Şair Zeynal Vəfa müasir poeziyamıza da layiqli töhfələr vermişdir.
O, bədii yaradıcılığa 12 yaşından başlasa da, "Tunc altı" adlı ilk şeiri 1955-ci ildə "Şərq Qapısı" qəzetində işıq üzü görüb. 1970-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Şer və poyemaları rus, ukrayna, özbək, tacik, eston, latış, ərəb və digər dillərdə dərc olunub. Avropa və Asiya şairlərindən xeyli poyetik tərcümələri var.
Səkkiz kitabın müəllifidir. "Mənim körpə çinarım", "Qəlbimin səsi", "Əgər sevirəm desən", "Körpələrin xətrinə", "Beşiklərdən gələn səslər", "Ömrün beşinci fəsli", "Millətin xilaskarı" (Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən poyema), "O dünyaya xəbər verin gələn var" və digər şeir kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb. Sözlərinə 70 mahnı bəstələnib. Yüksək vətənpərvərlik ruhu ilə dolu şer və poyemaları respublikamızın müxtəlif mətbu orqanlarında, həmçinin "Ulduz" və "Azərbaycan" jurnallarında müntəzəm olaraq dərc edilməkdədir. Hazırda publisist yazılarından, yeni şer və poyemalarından ibarət "Kişilərimiz və kişiliyimiz" və "Bir insan ömrünü yaşaya bilsəm" adlı seçilmiş əsərləri öz nəşrini gözləməkdədir.
Ömrünün bu çağında yazıb-yaratmaqdan yorulmayan Zeynal müəllim qələmi yerə qoymaq barədə düşünmür, yenə də yazıb yaradır. Şeir və poemaları indi də qəzet və jurnallarda çap olunur, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Şeirlərinin ilk oxucuları elə bizlər - iş yoldaşları və qonşularıyıq. Yeri gəlmişkən, qeyd edək ki, Zeynal müəllimin şeir oxuması ayrı bir aləmdir.
Azərbaycanın dahi mütəfəkkiri Nəsrəddin Tusinin nəslindən olan Zeynal Vəfa Azərbaycanın tanınmış şairi İslam Səfərlinin bacısı oğludur.
O, həm də gözəl ailə başçısıdır. Tək balası Azər onun şah əsəridir. Mahir ifası ilə musiqisevərlərin qəlbində özünə sevimli opera müğənnisi - milli opera sənətinin ulduzu kimi taxt-tac quran, möhtəşəm səsi tez-tez dünyanın müxtəlif ölkələrinin səhnələrində səslənən, Azərbaycanın xalq artisti, professor Azər Zeynalov həm də peşəkar musiqiçi kadrların yetişməsi və mədəniyyətimizin dünyada təbliği naminə əlindən gələni əsirgəmir. Biz də bütün bu xidmətlərinə görə Azərbaycanın xalq artisti, professor Azər Zeynalova və eləcə də belə bir layiqli övlad böyütdüyü üçün atası - xalqımızın dəyərli ziyalısı, Əməkdar jurnalist Zeynal Vəfaya minnətdarlığımızı bildiririk.
Və nəhayət, ağsaqqal həmkarımızı, çox hörmətli qələm dostumuzu
anadan olmasının 80 illik yubileyi münasibətilə biz də ürəkdən təbrik edirik!
Qələminiz iti, ömrünüz uzun, canınız sağlam, sağlamlığınız möhkəm və yaradıcılığınız zəngin olsun, Ustad!.. Sizə şəxsi həyatınızda və bədii-publisistik yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq!..
anadan olmasının 80 illik yubileyi münasibətilə biz də ürəkdən təbrik edirik!
Qələminiz iti, ömrünüz uzun, canınız sağlam, sağlamlığınız möhkəm və yaradıcılığınız zəngin olsun, Ustad!.. Sizə şəxsi həyatınızda və bədii-publisistik yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.