TƏBRİK EDİRİK!..
Azərbaycanın
Əməkdar jurnalisti,
tanınmış jurnalist və
təcrübəli mətbuat işçisi,
tarix elmləri namizədi
Füzuli İsmayılov
bu günlərdə
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin
mətbuat katibi
vəzifəsinə təyin olunub.
Azərbaycanın
Əməkdar jurnalisti,
tanınmış jurnalist və
təcrübəli mətbuat işçisi,
tarix elmləri namizədi
Füzuli İsmayılov
bu günlərdə
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin
mətbuat katibi
vəzifəsinə təyin olunub.
ZiM.Az xəbər verir ki, Füzuli İsmayılov Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, həmçinin,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.
1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci il avqustun 1-dən İctimai Televiziyada işləyib. Bir müddət Gənclər və İdman verilişləri departemintinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departemintinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin baş redaktoru, Kino və dublyaj departamentinin direktoru vəzifələrində çalışıb. İTv-nin həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm Ailəm" verilişlərinin müəllifi və aparıcısı olub. "Xalq seçir"- Prezident seçkiləri-2013 teledebatlarına moderatorluq edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2017-ci il tarixli sərəncamı ilə
"Jurnalistika sahəsində səmərəli fəaliyyətinə və miqrasiya orqanlarının inkişafında göstərdiyi xidmətlərə görə" Füzuli Cahangir oğlu İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilib.
Qeyd edək ki, Füzuli İsmayılov bu təyinatadək Dövlət Miqrasiya Xidmətində
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Əziz və dəyərli dostumuz, istedadlı qələm sahibi, tanınmış jurnalist və təcrübəli mətbuat işçisi,
eyni zamanda, tarixçi-alim, savadlı, zəhmətkeş, xeyirxah və təvazökar insan,
çox hörmətli Füzuli İsmayılovu yeni yüksək vəzifəyə təyin olunması münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.