“Mətbuat xalqın görən gözüdür”

“Mətbuat xalqın görən gözüdür”TƏBRİK EDİRİK!..

Sözünün bəmi də, zili də VƏTƏN olan “SALDO”!..



Gözəl ziyalı Müşfiq Borçalı elə bir oğuldur ki, onu bir ləhzədə, bircə anda tanımaq olur:
VƏTƏNPƏRVƏR, MÜDRİK, CƏSUR!…

Qədim BORÇALI ELLƏRİNİN gül yaxasından
BAKIYA işıq salan ziyalı ailənin oğul övladıdır.
SÖZÜ dürr, brilyant Müşfiq Borçalı!..
Baxışları möcüzəli, qəlbi dilinin ucunda olan
böyük elm adamı!..
Saçları gümüşü, özü laçın, geyimi səliqəli,
çiyinləri məğrur!..
Yolu daim sıldırımlardan keçən, nəfəsi yanar ildırım, Şeyx Nizami, Füzuli səmasından enib gələn məşhur dilçi alim,
Nyu-York Elmlər Akademiyasının akademiki,
tanınmış türkoloq, hörmətli professor MƏDƏD ÇOBANOVun OĞUL ÖVLADI. Alim oğul, ər vətəndaş.


Qələminin, sözünün bəmi də, zili də ULU VƏTƏNLƏ həmahəng döyünən SEVGİ, HÖRMƏT MİLYONÇUSU!…

Ey bizim ellərin zəhmətkeş oğlu, ziyalı yolun yolçusu!..
Canından söz odu verdiyin, mətbuatın Zərdabi damarından buğum-buğum boylanan yeni nəşriniz, “SALDO” adlı iqtisadi, ictimai-siyasi, ədəbi-bədii, publisistik qəzetiniz mübarək!..

Ulu yolunuzda uğurlar diləyirik!.. Borçalı elindən ulduzlara qalxıb AZƏRBAYCANA nur çiləyin!


Natela ASENA,
“Zəfər qalası" qəzetinin Baş redaktoru

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: