Ekspress və APA-nın sabiq əməkdaşları ABŞ vətəndaşı oldular

Ekspress və APA-nın sabiq əməkdaşları ABŞ vətəndaşı oldular Ekspress və APA-nın sabiq əməkdaşları ABŞ vətəndaşı oldularEkspress qəzetinin sabiq əməkdaşı Ələkbər Raufoğlu və həyat yoldaşı, APA agentliyinin sabiq müxbiri Tamara Qriqoryeva ABŞ vətəndaşlığını qəbul ediblər.

İnformator xəbər verir ki, bu barədə hər ikisi öz feysbuk (facebook) səhifələrində yazıblar.

Ələkbər Raufoğlu öz profilində: “Bu səhər mən, həyat yoldaşım Tamara Qriqoryeva ilə bizim balacalar (övladları nəzərdə tutulur) və dostlarımın əhatəsində Amerika vətəndaşı olduq. Bu imtiyaz böyük şərəfdir və mən Amerika Miqrasiya idarəsinə Amerikanın yarandığı gün və Amerikanın atası Corc Vaşinqtonun evində bu möhtəşəm dəqiqələri hədiyyə etdiyi üçün minnətdaram.
Mən bu səhər orda dayanıb 2008-ci ilin yayında jurrnalist kimi böyük təbəssüm və çoxlu ümidlərlə gəlişimi xatırlayıram. İllər ərzində bu ölkə məni və həyat yoldaşımı böyük qonaqpərvərliklə saxlayıb”.

APA agentliyinin sabiq müxbiri Tamara Qriqoryeva da öz sevincini sosial şəbəkədəki dostları ilə bölüşüb: “Bakının tozlu Razin qəsəbəsində böyüyəndə mən fikirləşirdim ki, Amerika hündür göydələnlərin, saysız, uzun çimərliklərin və gülümsəyən çoxlu insanın torpağıdır. Burda qanunun icrası kağız üzərində deyil, qanun hər kəsdən və hər şeydən yüksəkdədir.
Amerikanın 239-cu ildönümündə mən və həyat yoldaşım rəsmən Azadlıq torpağı və Cəsurlar evinin bir hissəsi olduq. Doğum Günün mübarək Amerika, qoy günəş sənin üçün həmişə parlaq olsun”.

Ələkbər Raufoğlu bir müddət “Amerikanlın səsi” radiosunun Vaşinqton bürosunda çalışıb.
Hər iksi ABŞ-da jurnalistlik fəaliyyətlərini davam etdirirlər.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: