Məzahir Süleymanzadə: Bu gün onun ad günüdür...

Məzahir Süleymanzadə: Bu gün onun ad günüdür... TƏBRİK EDİRİK!..

YADA DÜŞƏR XATİRƏLƏR...

Doxsanıncı illərin əvvəllərində "Səhər" qəzetinə səliqə - sahmanla geyinmiş bir gənc gələrdi.


Mənimlə, Hidayət Elvüsal ilə görüşər, atüstü - ayaqüstü söhbət edər, ayrılanda da ya bir kiçik məqalə, ya da "Buz üzərinə yazılmış bir neçə kəlam" verib gedərdi.
Onun yazıları maraqla qarşılanar, "Səhər"ə nüfuz qazandırardı...

Söhbət yazıçı, dramaturq, şair, tərcüməçi, alim - filosof Firuz Mustafadan gedir. Bu gün onun ad günüdür, gərək ki, 64 yaşı tamam olur...

Məzahir Süleymanzadə: Bu gün onun ad günüdür...Firuz Mustafa ötən əsrin yetmişinci illərində Gədəbəydən Bakıya gələndə özü ilə bir udum dağ havası gətirmişdi. Əlli ildir elə həmin hava ilə nəfəs alır. Fəhlə işlədi, ali təhsil aldı, əyalət müəllimi oldu, namizədlik, doktorluq dissertasiyaları müdafiə elədi...O bir udumluq dağ havası Firuz Mustafanı elə coşdurdu ki, o, atlı oldu, mən piyada... Yazdıqlarını oxuyub qurtarmaq mümkün deyildi. O. gücə - gündüz yazırdı, mən gecə - gündüz oxuya bilmirdim...Üstəlik, əsərləri xarici dillərə tərcümə olunurdu, kitabları çıxırdı. Azərbaycanda elə bir dramaturq yoxdur ki, Firuz Mustafa qədər əsəri tamaşaya qoyulsun. Elə bir teatr yoxdur ki, onun yaradıcılığına müraciət etməsin...

Bu yaradıcılıq məsələlərini qoyaq bir kənara...Firuz Mustafa özü də Allahın yaratdığı bir əsərin personajıdır, baş qəhrəmanıdır. O. uzun illərdir ki, həyat adlı mürəkkəb teatrda ləyaqətli, sədaqətli, vətənpərvər, cəsarətli, sabit vətəndaşlıq mövqeyi olan ziyalı obrazını uğurla yaradır...Özü də təkbaşına, rejissorsuz...
Əlli il əvvəl Gədəbəydən gətirdiyi bir udumluq hava isə hələ də tükənməyib...
Deməli, biz hələ Firuz Mustafanın xoş sorağını çox eşidəcəyik...

Məzahir Süleymanzadə: Bu gün onun ad günüdür...
Məzahir SÜLEYMANZADƏ,
tanınmış publisist-jurnalist


REDAKSİYADAN:

Biz də hörmətli Məzahir müəllimin
xoş arzularına qoşulur,
Xalqımızın dəyərli Ziyalısı
Firuz Mustafanı
Ad Günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı və
yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq!..

Müşfiq BORÇALI.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: