Görüşlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində 72 №-li məktəb-lisey, 238 və 32 №-li tam orta məktəblərdə baş tutub.
Tədbirlərdə "Kür-Xəzər" xeyriyyə ictimai birliyinin rəhbərliyi ilə yanaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı Oqtay Rza, dosent Mətləb Əlizadə, 20 yanvar cəmiyyətinin sədr müavini Mustafa Əliyev və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə iştirak etmişlər.
Görüşdə ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasının ölkəmizin ərazisində yaşayan bütün xalqları və milli azlıqları Azərbaycanın ümumi inkişafı naminə fəaliyyətə yönəldən, ölkəmizi işıqlı gələcəyə aparan bir ideologiya olduğu qeyd edilmişdir. Şair Oqtay Rza tərəfindən vətənpərvərlik və Azərbaycanla bağlı şerlər səsləndirilmişdir.
Məktəb rəhbərləri təmsil etdiyi təhsil müəssisənin uğurları haqqında qonaqlara məlumat veriblər.
Müzakirələrdə şagirdlər aktiv iştirak edərək öz fikirlərini bildirmişlər.
Təşkilat tərəfindən "Azərbaycançlıq - milli ideologiyamız" bülleteni, müəlliflər tərəfindən isə kitablar məktəblərin kitabxanasına hədiyyə edildi.
Görüşün sonunda "Kür-Xəzər" xeyriyyə ictimai birliyinin rəhbərliyi tədbirlərin təşkilində göstərdiyi dəstəyə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya, 72 №-li məktəb-liseyin direktoru Polad Əjdərova, 238 №-li tam orta məktəbin direktoru İlqar Talıbova və 32 №-li tam orta məktəbin direktoru Sevda Abdullayevaya minnətdarlığını bildirdilər.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.