ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜSABİQƏSİ KEÇİRİLİB

ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜSABİQƏSİ KEÇİRİLİB 2016-cı ilin
Dekabr ayında Bakının Pirallahı rayonundakı qabaqcıl təhsil müəssisələrindən olan
231 №-li orta məktəbdə
ulu öndərimiz, dahi
şəxsiyyət Heydər Əliyevin
anım gününə həsr olunmuş
bir sıra silsilə tədbirlər
keçirilmişdir.


Məktəbdən ZiM.Az-a bildirmişlər ki, həmin tədbirlərdən biri də
məktəbin Azərbaycan dili
və ədəbiyyatı müəllimi
Vəsxanım Əsədova
nın təşəbbüsü ilə V sinif şagirdləri arasında keçirilən “Əbədiyaşar liderimiz” adlı şeir müsabiqəsi olmuşdur.

Müsabiqədə şagirdlər dahi liderə həsr olunan şeirlərdən nümunələr söyləyərək, bu böyük şəxsiyyətə
öz sevgi və hörmətlərini nümayiş etdirmişlər.

Çıxışlar başa çatdıqdan sonra söz münsiflər heyətinə verilmişdir.

Münsiflər heyətinin sədri məktəbin direktoru Mehparə Mansırova, münsiflər heyətinin üzvləri -
tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova
ədəbiyyat müəllimi İlhamə Ağayeva çıxış edərək,
balaca qiraətçilərə əbədiyaşar liderimizi hörmətlə andıqlarına görə öz təşəkkürlərini bildirmiş və
müsabiqənin qaliblərini elan etmişlər.

Bu müsabiqədə öz ifası ilə fərqlənən şagirdlər - I yerin qalibi Rübabə Bəşirova,
II yerin qalibi Rəna İbrahimova, III yerin qalibi isə Qara Behbudov
olmuşdur.

Müsabiqədə yaxşı çıxış edən digər şagirdlərə isə həvəsləndirici diplomlar verilmişdir.

Qalibləri biz də ürəkdən təbrik edir və onlara gələcəkdə yeni-yeni uğurlar arzulayırıq!..

Sona ABBASƏLİ QIZI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: