Ədəbiyyat fənnindən layihələr üzrə təqdimatlar olub

Ədəbiyyat fənnindən layihələr üzrə təqdimatlar olub Ədəbiyyat fənnindən layihələr üzrə təqdimatlar olub Ədəbiyyat fənnindən layihələr üzrə təqdimatlar olub
2017-ci il iyunun 9-da
Bakının Pirallahı rayonundakı
təcrübəli təhsil işçisi
Mehparə Mansurovanın rəhbərlik etdiyi
231 №li orta məktəbin
V sinif şagirdlərinin iştirakı ilə
ədəbiyyat fənnindən layihələr üzrə
təqdimatlar olub.

Təqdimat zamanı şagirdlər 2 qrupa bölünüblər: ”Əfsanəçilər”“Molla Nəsrəddin” qrupları. Hər qrupa əvvəlcədən planlaşlaşdırılmış şəkildə müəyyən bir əsəri səhnələşdirmək tapşırılıb.
Belə ki, ”Əfsanəçilər” qrupu” “Qarğanın məktəbi” əsərini, ”Molla Nəsrəddinçilər” qrupu isə “Ədalətli seçim” əsərini səhnələşdirməyi qərara almışdılar.
Şagirdlərin neçə müddət hazırladıqları layihələrin nəticələri bu gün fənn müəllimi tərəfindən qiymətləndirildi.

Təqdmatlar bitdikdən sonra ədəbiyyat müəllimi Vəsxanım Əsədova tərəfindən daha çox fərqlənən qruplar və şagirdlər fəxri fərmanla təltif olundular.

Əsərlərin səhnələşdirilməsində, qrupun təşkilində, düzgün rol bölgüsündə rolu olan qrup liderləri də unudulmadı, onlar da müəllim tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.

Ədəbiyyat müəllimi Vəsxanım Əsədova
ZiM.Az-a bildirib ki, "Neçə müddətdir ki, balacalar bu layihəyə ciddi hazırlıq görür, bir-birilə fikir mübadiləsi aparır, təqdimatlarının bəyənilməsi üçün var-gücləri ilə çalışır, hətta qruplar arasında sağlam rəqabət də aparılırdı. Hazırlıq zamanı əsas ağırlıq qrup liderlərinin üzərinə düşürdü.
Bu layihələrin təqdimatı zamanı şagirdlərimizin ədəbiyyata, mütaliəyə necə həvəsli olduqlarının şahidi olduq. Bir sözlə, belə təqdimatların, bədii əsərlərin səhnələşdirilməsinin şagirdlərimizin dünyagörüşünün, intellektual səviyyəsinin artmasında çox böyük əhəmiyyəti vardır.
Biz də çalışırıq ki, belə layihələri tez-tez keçirək."


SONA ABBASƏLİQIZI,
GİLƏ ƏLİQIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: