HƏYATA SƏSLƏYƏN "SON ZƏNG"

HƏYATA SƏSLƏYƏN "SON ZƏNG"HƏYATA SƏSLƏYƏN "SON ZƏNG" 2017-ci il İyunun 14-də Bakının Pirallahı rayonundakı 231 nömrəli tam orta məktəbdə
“Son zəng” tədbiri keçirilmişdir.


Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehparə Mansırova açmışdır. O, cari tədris ilinin məzunlarını bu gün münasibətilə təbrik edərək onlara uğurlar diləmiş, bu ilki məzunların 11 il ərzində bir çox nəticələrlə məktəbin kollektivini sevindirdiklərini, məktəbiin başını uca etdiklərini, xüsusən də bir çox müsabiqələr və yarışların qalibi olmuş (“Heydər Əliyev-91 İnşa müsabiqəsi”, ”Heydər Əliyev-94 Təqdimat müsabiqəsi”, ”Ədəbiyyat biliciləri”və s.) Cabbarova Həbibənin adını ayrıca fərəhlə qeyd etmişdir.

Direktor çıxışında belə nümunəvi sinif yetişdirdiyinə görə 11-cilərin sinif rəhbəri İlhamə Ağayevaya və onların valideynlərinə təşəkkür etmişdir.

Daha sonra direktor müavinləri Nabat Əsədullayeva, Elza Cəfərova, bu il məzun adını daşıyan 4-cü və 9-cu siniflərin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər və dəvət olunmuş qonaqlar da direktorun təbrikinə qoşulduqlarını bildirmiş, məzunlara gələcək həyat yollarında müvəffəqiyyətlər arzulamışlar.

Tədbirdə 11-cilərdən başqa bu il orta təhsilin ibtidai pilləsini başa vuran 4-cü lər və əsas təhsil pilləsini başa vuran 9-cular və məktəbə ilk kövrək qədəmlərini atan 1-cilər də fəali iştirak etmişlər. Onlar da bu bayram günündə çıxış edərək, üzərlərində zəhməti olan sinif rəhbərlərinə, fənn müəllimlərinə, məktəb rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Sonra məktəbdaxili və məktəbdənkənar tədbirlərdə fəal iştirak edən bir neçə müəllimə rəhbərlik tərəfindən təşəkkürnamələr təqdim olunmuşdur.

Tədbir musiqi nömrələri, rəqslər, maraqlı səhnəciklərlə davam etdirilmiş və balaca “şahzadə” tərəfindən çalınan "Son zəng“ sədaları altında başa çatmışdır.

Sona ABBASƏLİQIZI,
ZiM.AZ


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: