KİTAB BİLİK MƏNBƏYİDİR

KİTAB BİLİK MƏNBƏYİDİR KİTAB BİLİK MƏNBƏYİDİR KİTAB BİLİK MƏNBƏYİDİR KİTAB BİLİK MƏNBƏYİDİR KİTAB BİLİK MƏNBƏYİDİRKİTAB BİLİK MƏNBƏYİDİR KİTAB BİLİK MƏNBƏYİDİR KİTAB BİLİK MƏNBƏYİDİR KİTAB BİLİK MƏNBƏYİDİR 2017-ci il mayın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin və
Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin “Ümumtəhsil məktəblərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barəsində”ki müvafiq əmrinə əsasən
Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə “Kitab bilik mənbəyidir” adlı tədbir keçirilib.


Tədbiri giriş sözü ilə
məktəbin direktoru
Mehriban Ələkbərova
açıb. Əvvəlcə o, dəvət olunmuş qonaqları – tanınmış yazıçı–publisist, tədqiqatçı-alim Salatın Əhmədlini və Respublika Xatirə Kitabı Redaksiyasının əməkdaşı “Yada düşdü” jurnalının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nəzakət Məmmədovanı təqdim edib və onların yaradıcılığından danışıb.

Sonra tədbirin aparıcısı, məktəbin VIIIa sinif şagirdi, Nərmin Cəfərova çıxış üçün sözü Salatın Əhmədliyə verib. Yazıçı məktəblilərə zəngin xəzinəmiz olan kitabı, mütaliəni sevməyi, elmin sirlərini öyrəndiyimiz kitablarla daim dostluq etməyi, orta məktəb illərindən səmərəli şəkildə bəhrələnməyi, gələcəkdə düzgün istiqamət tutmaqdan ötrü oxumağı, öyrənməyi, cəmiyyətimizə, Vətənimizə yararlı vətəndaş kimi yetişməyi tövsiyə edbi. Və özünün uşaqlıqda, orta məktəb illərində – folklorumuz, bayatılarımız, nağıllarımız, hekayələrimiz, tapmacalarımız və laylalarımızla böyüməsindən, formalaşmasından, eləcə də, illərlə çalışdığı, qələmə aldığı, böyük zəhmət bahasına ərsəyə gətirdiyi kitablarından, mütəmadi toxunduğu Qarabağ həqiqətlərindən, qəhrəmanlardan, şəhidlərdən, tarixi şəxsiyyətlərdən danışıb. Söyləyib ki, "Ulu Öndərimizin dil siyasəti mənə əziz olduğuna görə bu mövzuda kitab da yazmışam".

Şairə Nəzakət Məmmədova da eynilə kitab oxumaq bir vərdişdir, mədəniyyətdir, zənginlikdir, mədəni səviyyəni yüksəltməkdir kimi ifadələr işlədərək, bir daha şagirdlərə məktəbi, elmi, mütaliəni, eləcə də, hər birimizə böyük zəhmət çəkən, dərin bilik bəxş edən sevimli müəllimlərimizi, doğma Vətənimizi, torpağımızı ürəkdən sevməyi söyləyib.

Daha sonra yazıçı-publisist Salatın Əhmədli şairə Nəzakət Məmmədova şagirdlərin bir-birindən maraqlı suallarını cavablandırıblar.

Bakı şəhəri 13 saylı Uşaq poliklinikasının baş həkimi Sədaqət Xudiyeva bu günün uşaqları, gəncləri bizim işıqlı gələcəyimizdir söyləyərək, böyüməkdə olan nəsli həmişə ağıllı, bilikli, əqli və fiziki cəhətdən sağlam, əsasən də vətənpərvər ruhda görmək arzusunda olduğunu bildirib.
Məktəbin VIIIa sinfinin şagirdləri Niyaz Əliyevin və Səmra Quliyevanın şən rəqsləri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Məktəblilər şairənin “Ömrün qatarı” adlı şeirlər kitabından kiçik şeir parçaları söyləyiblər. Şairə gözəl şeir söyləmək qabiliyyətinə görə VIe sinif şagirdi Turan Qəniyevə kitabını hədiyyə edib.

Tədbirin sonunda
məktəbin direktoru
Mehriban Ələkbərova
qonaqlara məktəblilərlə görüşə gəldiklərinə görə dərin minnətdarlığını, eləcə də, müəllim kollektivinə, təşkilatçılara və şagirdlərə öz təşəkkürünü bildirib.
Xatirə üçün foto-şəkillər çəkilib.

Xanım Bilalqızı,
ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: