Peşəkar pedoqoji fəaliyyətini qurduğu ilk illərdən uğurlarını hədəfləmiş və həmin uğurlara doğru halal zəhməti ilə irəliləmiş dəyərli ziyalmız barəsində söz açmaq istərdim.
Elm-təhsil sahəsində çalışan insanlar adətən bütün həyatlarını bu sahəyə sərf edir, əsil vətənpərvər insan olaraq xalqının təhsil və təfəkkürünün inkişafına töhfələr vermiş olurlar. Bu meyarları özündə cəmləmiş, cəmiyyətə olduğu kimi təqdim olunası insanlardan biri Ağsu təhsil işçilərinin sevimlisi Mətləb Nuriyevdir.
Mətləb Nuriyev 1 mart 1960-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 1977-ci ildə Gəgəli kənd tam orta məktəbini yüksək qiymətlərlə bitirib. 1977-1978-ci illərdə Ağsu Texniki peşə məktəbində təhsil alıb. İlk təhsil aldığı bu məktəbdə qazandığı yüksək nüfuz və hörmət onu bir ömür boyu müşaiət edir. Vətənə layiqli vətəndaş olmağın yolu Vətənə layiqli xidmətdən keçir deyən Mətləb Nuriyev 1978-80-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətini uğurla keçib vətənə qayıdır.
Vətənə gəlişindən dərhal sonra təhsilini yenidən davam etdirmək məqsədi ilə ali təhsil almağı qərara alaraq 1981-ci ildə Azərbaycan Dillər Universitetinə Universitetinə daxil olur. Universitet illərində öz zəkası və bacarığı ilə digərlərindən seçilməyi bacaran Mətləb müəllim əvvəlcə institut komsomol komitəsinin üzvü,daha sonra institutun komsomol komitəsinin katibi, təşkilati işlər üzrə müavini vəzifəsinə təyin edilib. Dərs əlaçısı və qrup nümayəndəsi olması onun institutun tələbə müəllim heyəti qarşısında nüfuzunun göstəricisidir.
Pedoqoji savadı ilə yanaşı vaxtını səmərəli keçirərək ikinci təhsilini də qazanır. Hər zaman elm, bilik axtarışında olan Mətləb müəllim 1983-cu ildə Zaqafqaziya Komsomol məktəbini bitirir.
Tələbə yoldaşlarının məktublarında da qeyd edildiyi kimi olduqca maraqlı, yaddaqalan və tələbəlik illəri 1986-ci ildə başa çatır. Azərbaycan Xarici Dillər Universitetinin İngilis və Alman dili müəllimi ixtisasını qazanaraq pedoqoji fəaliyətə başlamağın vaxtı idi. İlk pedoqoji təyinatı Ağsu rayon Gəgəli kənd tam orta məktəbinə verilir. Doğma kəndində, ona dərs deyən müəllimlərin qarşısında pedoqoji fəaliyyətə başlamaq nə qədər çətin idisə bir o qədər də şərəfli və məsuliyyətli idi. Mətləb müəllim bu məsuliyyyətli işin öhtəsindən lap əvvəldən uğurla gəlməyi bacarır. İşinin öhdəsindən xüsusi peşəkarlıqla gəlir. Gəgəli kənd orta məktəbində çalışdığı illər ərzində Şagirdlərinin mənəvi dünyasının memarı olub, yetişdirdiyi nəsillərin yaddaşına böyük hərflərlə yazılmağı bacaran pedoqoq kimi yaddaşlara həkk olunur. Müəllimin pedaqoji ustalığı yaradıcı bacarıq və keyfiyyətlərin bəhrəsidir. Mətləb müəllimin yetişdirdiyi tələbələrin çoxu bu gün onun yolunu davam etdirir. Dərs dediyi tələbənin böyük əksəriyyətiin ali təhsil alıb,
həyatda öz mövqeyini qazanması bir müəlimin uğurudur. Mətləb müəllim bu uğurları uzun illərdən bəri davamlı olaraq qazanıb.
Mətləb müəllim təkcə təlim tərbiyə işlərində deyil, yaradıcı bir ziyalıdır, həmçinin sosial maarifləndirici tədbirlərdə də aktiv iştirak edir. Bir birindən zəngin ideyaların müəllifi olmaqla yanaşı öz məqalə və tezislərində pedoqoji prosesi tam ustalıqla qələmə almağı da bacarır. Elə onun nəticəsidir ki, 2000-ci ildə Respublika Pedaqoji Mühazirə müsabiqəsində qalib gəlir. Mətləb müəllimin uğurlarının kökündə yüksək peşəkarlıq, mədəniyyət və ünsiyyət mütəxəssisliyi dayanır. Onun İctimai aktivliyi xüsusi nəzərə çarpırdı. Odur ki, 2001-ci ildə aktiv ictimai və Pedaqoji fəaliyyəti nəzərə alınaraq Ağsu rayon Təhsil Şöbəsinin xarici dillər üzrə Metodisti vəzifəsinə irəli çəkilib və hal-hazırda həmin vəzifədə çalışır, öz işini yüksək məsuliyyət və böyük sevgi ilə yerinə yetirir.
Ölkə Prezidentinin düşünülmüş, uğurlu siyasəti yerlərdə də məsuliyyətlə icra edilməkdədir. Bu mənada Mətləb müəllim dövlət siyasətinin yerlərdə məsuliyətlə icra olunması istiqamətində səmərəli fəaliyyəti olan ziyalıdır. 2004-cü ildə Azərbaycan Respublikasının Gənclər İdman və Turizm Nazirliyi tərəfindən Ağsu rayon Gənclər dman və Turizm idarəsinin Təhsil Şöbəsi üzrə nümayəndəsi Mətləb Nuriyev Dövlət Gənclər siyasətinin yerlərdə həyata keçirilməsində xüsusi fəallıq göstərdiyi üçün fəxri fərman ilə təltif edilib. Həmçinin Qızıl Aypara cəmiyyətinin Ağsu rayon bölməsinin üzvü olaraq Mətləb müəllim səmərəli fəaliyyətinə görə 2010-cu ildə Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunur.
Ağsu rayonunun təhsil və maarifçilik mühitinin inkişafı baxımından əvəzsiz xidmətləri olan Mətləb Nuriyev, Dövlətimizin və dövlətçiliyimizin təbliği istiqamətində də xidmətləri vardır. 2017-ci ilin aprel ayının 15-də Yeni Azərbaycan Partiyasinin Ağsu rayon təşkilatının lX konfransında Siyasi Şuranın və İdarə Heyətinin üzvü seçilir. Bu onun göstəricisidir ki, Mətləb Nuriyev bütün bu illər ərzində Vətəni, xalqı üçün göstərdiyi xidmətlər dövlətimizin diqqət və qayğısından kənarda qalmayıb.
Mətləb müəllim uğurlarını çətin sınaqlar və zəhməti bahasına qazanmış ziyalıdır. Gənc nəslin təlim tərbiyəsi xususi ustalıqla məşğul olması ilə yanaşı gənclərin örnək götürəcəyi bir pedaqoqdur. Olduqca həlim, mülayim xarakteri ilə Ağsu təhsil işçilərinin sevimlisi adını qazanmış Mətləb müəllimə səmərəli pedoqoji fəaliyyətində bol şanslar, davamlı uğurlar diləyirik!..
Elnarə Günəş,
AJB-nin üzvü
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.