HİDAYƏT GÖYÜŞOV (1960)

HİDAYƏT  GÖYÜŞOV (1960) QABAQCIL MÜƏLLİMLƏRİMİZİ
TANIYAQ VƏ TANIDAQ!...

Hidayət Lətif oğlu Göyüşov - 1960-cı il yanvarın 3-də
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi)
kəndində anadan olub.

1977-ci ildə Kəpənəkçi kənd orta məktəbini,
1982-ci ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirib.

1982-ci ildən 1986-cı ilədək təyinatla Azərbaycanın
Lənkəran rayonunda ixtisası üzrə riyaziyyat müəllimi işləyib.

1986-cı ildə doğma Kəpənəkçi kəndinə qayıdıb.
Elə o vaxtdan da hal-hazıradək doğma kəndindəki
2 saylı orta məktəb
də riyaziyyat müəllimi işləyir.

1991-ci ildən 1994-cü ilədək 2 saylı Kəpənəkçi kənd
orta məktəbdə tədris işləri üzrə direktor müavini
vəzifəsində çalışıb. 1994-cü ildən isə hal-hazıradək
həmin məktəbin direktorudur.

Bir neçə dəfə Kəpənəkçi kənd bələdiyyəsinin (sakrebulo) və Bolnisi rayon bələdiyyəsinin (sakrebulo) üzvü seçilib, komissiya sədri kimi fəaliyyət göstərib.

Ailəlidir. İki qızı, bir oğlu (hər üçü ali təhsillidilər) və beş nəvəsi var.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından Hidayət Lətif oğlu Göyüşova
şəxsi həyatında, eləcə də pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Əlixan YƏHYAOĞLU,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: