Deputat Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib

Deputat Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib.

ZiM.Az xəbər verir ki, parlamentin Elm və təhsil komitəsinin iclasında Ağacan Abıyev deyib ki,
bu sözü tələffüz etmək çətindir:

“Bu sözü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər, desinlər?
Bu, xaosdur, “şum”dur…
Ay müəllimlər, xahiş edirəm, bunu
dilinizə gətirməyin.”


REDAKSİYADAN:

Əziz və dəyərli izləyicilərimiz!..
Çox hörmətli müəllimlər!..
Bəs, sizlərin fikirləriniz necədir?..
Çox xahiş edirik ki, bur barədə bizə yazasınız.
Əvvəlcədən təşəkkür edirik!..


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: