CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB 2019-cu il aprelin 30-da
Bakının Pirallahı rayonundakı
231 №li orta məktəbində
Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əsədovanın təşəbbüsü ilə görkəmli ədib, yazıçı, dramaturq, publisist Cəfər Cabbarlının
anadan olmasının 120 illik
yubileyinə həsr olunmuş
“Mən bir susmaz duyğuyam ki...” adlı ədəbi-bədii gecə keçirilib.


Tədbir şairin “Həyat, söylə, sən kiminsən?” şeirinə bəstələnmiş
mahnı ilə başlanıb.

Aparıcılar tədbir boyu dahi sənətkarın həyat və yaradıcılığı, ədəbiyyat tariximizdə özünəməxsus yeri olması haqqında iştirakçıları məlumatlandırıblar.

VII və VIII sinif şagirdlərinin ifasında Cəfər Cabbarlının yazdığı lirik və satirik şeirlərdən nümunələr səslənib, əsərlərindən qurulmuş, səhnəciklər nümayiş etdirilib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: