Abdulla Şaiq.
Müəllimlik, doğurdan da, şərəfli və böyük məsuliyyət tələb edən bir peşədir. Belə peşə sahiblərindən biri də Hörmət Cəlilovdur.
O, 1968-ci il dekabr ayının 19-da Yardımlı rayonunun Avaş kəndində anadan olub. 1968-ci ildə Avaş kənd orta məktəbini bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Unverstetinə) daxil olmuş, 1993-cü ildə ali məktəbi bitirərək rus dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. Həmin ilin sentyabr ayında Hörmət müəllim vaxtilə təhsil aldığı Avaş kənd orta məktəbinə ixtisası üzrə müəllim göndərdilər.
Keçmiş müəllimləri ilə çiyin-çiyinə işləməkdən qürur hissi keçirən Hörmət müəllim pedaqoji fəaliyyətinin ilk illərində təcrübəli müəllimlərin tövsiyə və məsləhətlərindən bəhrələnməyə çalışdı. Vaxtilə təhsil aldığı bir məktəbdə işləmək onun üçün nə qədər sevindirici idisə, bir o qədər də məsuliyyətli idi. Hörmət müəllim həmin günləri belə xatırlayır:
“Pedaqoji fəaliyyətə başladığım ilk günlərdə bərk həyəcanlanırdım. Arabir müəyyən problemlərlə də üzləşirdim. Çətinliklərim olanda təcrübəli müəllimlərə müraciət edirdim. Hər şey ötəri oldu. Hər şeyə alışdım.Həyatda əldə etdiyim uğurlarıma görə valideynlərimə və keçmiş müəllimlərimə minnətdaram”.
Hörmət müəllim 3il müəllim işlədi. 1996-cı ildə işgüzarlığını,bacarığını nəzərə alaraq onu Yardımlı rayon İcra Hakimiyyəti başçısının Avaş ərazi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin etdilər. İki il bu vəzifədə işlədikdən sonra Hörmət müəllim yenidən doğma məktəbə qayıdıb pedaqoji fəaliyyətini davam etdirdi.
2008-ci ilin yay aylarında Hörmət müəllim taleyini Şirvan şəhəri ilə bağladı. Həmin vaxtda da o,Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Məktəbdə o,tərbiyə işlərinə cavandeh şəxs kimi üzərinə düşən vəzifəni layiqincə icra etməyə çalışmışdır. Onun bilavasitə təşkilatçılığı və rəhbərliyi altında keçirilən sinifdənxaric tədbirlərdə şagirdlər həvəslə iştirak etmişlər.
Dərs ilinin əvvəlində tərbiyə işləri üzrə tərtib olunmuş iş planında nəzərdə tutulan tədbirlərin keçirilməsi onun daima diqqət mərkəzində olmuşdur. Sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkil olunub keçirilməsində o,sinif rəhbərlərinə yaxından kömək etmişdir.
Hörmət Əzzulla oğlu Cəlilov 2017-ci ilin aprelin 1-dən Şirvan şəhəri M.İsrailov adına 18-nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Onun qabaqcıl məktəb direktor müavinlərindən biri olduğunu söyləsək,heç də yanılmarıq. Hörmət müəllim fikrimizi əməyi fəaliyyəti ilə təsdiqləyir. H.Cəlilov direktor müavini kimi fəaliyyətini tələb olunan səviyyədə icra etmək üçün bütün qüvvə və bacarığını sərf edir. Belə ki o, özünə və müəllimlərə qarşı tələbkar olmaqla yanaşı,dərs məşğələlərinin gedişinə ciddi nəzarət edir,fənn metodbirləşmələrinin işinə yaxından köməklik göstərməklə,tədrisin keyfiyyətini ön planda saxlamağa çalışır. Onun rəhbərliyi altında tədrisin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə müxtəlif xarekterli tədbirlər keçirilir. Sevindirici haldır ki, görülən işlər öz səmərəsini verir. M.İsrailov adına 18 nömrəli məktəb-lisey təlim-tərbiyə sahəsində Şirvan şəhər məktəbləri arasında qabaqcıl yerlərdən birini tutur. O,həm də 8,9,10-cu siniflərdə rus dili fənnini tədris edir. Hörmət müəllim tədris etdiyi fənni şagirdlərinə daha dərindən mənimsətmək üçün bütün qüvvə bacarığını sərf edir.O,tədris etdiyi fənnin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə dərsin hər dqiqəsindən və metodikanın bütün üsullarından səmərəli istifadə etməyə çalışır.
H.Cəlilov həm də qayğıkeş və nümunəvi ailə başçısıdır. O,ömür-gün yoldaşı ixtisasca həkim olan Hicran Əliyeva ilə iki övlad böyüdüb,tərbiyə edir. Türkan,Günay.
Türkan Cəlilzadə Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbi bitirib. Günay Cəlilzadə isə hazırda Şirvan şəhəri Mşisrailov adına 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseydə 8-ci sinif şagirdidir.
Hörmət müəllim şeir-poeziya vurğunudur. Arabir şeirlər də yazır. O,2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. O,partiya üzvü kimi işlədiyi məktəbin və sakini olduğu Şirvan şəhərinin ictimai- siyasi həyatında fəal iştirak edib.
Alik Rzayev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.