siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və milli qürur kimi də hallanır. Bu təkcə sözdə deyil, əməldə də olmalıdır.
Yazdığım bu məqalə sırf vətənpərvərlik mövzusunda deyil. Bu məqalə özündə savad və bilikə yanaşı vətənpərvərliyi birləşdirən müəllim peşəsinin ən gözəl nümayəndəsilə bağlıdır. Hər dəfə məktəblərə müsahibə almaq üçün gedəndə öz peşəsini dərindən sevən, öz nümunəvi əməlləri ilə fərqlənən müəllimlərə tez-tez rast gəlirəm.
Belə bir müəllimlərdən biri də Bakı şəhər 170 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aslanova Ülviyyə Salam qızıdır.
Hələ erkən yaşlarında müəllimliyə olan marağı onu müəllim olmağa ruhlandırır. Elə bu arzu onu Azərbaycan Dövlət Pedaqoji Universitetinə gətirib. 1991-1995-ci illərdə ADPU-nin ibtidai təlim pedaqoqikası və metodikası əlavə musiqi fakultəsində oxuyub. Əmək fəaliyyətinə hələ doğma Zəngilan rayonunda Mədəniyyət Evinin özfəaliyyət dərnəyinin rəhbəri kimi başlayıb. ADPU-ni birdikdən sonra, 1995-ci ildə Sabunçu rayonu 215 nömrəli tam orta məktəbdə ibtidai sinif rəhbəri, 2011-ci ildə Sabunçu rayonu 67 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi, 2016-cı ildə Bakı şəhəri 80 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2018-ci ildən indiyə kimi Bakı şəhəri 170 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələyində işləyib.
1995-1996-cı illərdə keçirilən "İlin müəllimi" müsabiqəsinin qalibi olub. 2013-cü ildə "Qabaqçıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunub. 2015-ci ildə yenidən "İlin müəllimi" müsabiqəsinin qalibi olub. Müəllim peşəsinə dərindən yiyələnmək üçün daim öz ürərində çalışıb. Çalışdığı Bakı şəhəri 170 nömrəli məktəbdə bütün şagirdləri öz doğma övladı kimi sevir, onlara qayğı və nəvazişlə yanaşır və şagirdlərin vətənpərvər kimi yetişməsində əlindən gələni əsirgəmir. Məktəbdə keçirilən bütün tədbir və tveninglərin təsisçisi və təşkilatçısıdır
Hal-hazırda Respublikada karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Evdə qal, təhsildən qalma" kompaniyası çərçivəsində onlayın şəkildə təhsillə əlaqədar müxtəlif layihələri həyata keçirir.
Yunis Qaraxanov,
"Şərqin səsi" qəzeti
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.