VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ilə unudulmaz görüş

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ilə unudulmaz görüş
44 günlük zəfər tariximizdən hələ çox danışılacaq.
Qürur tarixini vərəqlədikcə şəhidlərimiz, qazilərimiz, haqq savaşımıza dəstək olan kəslər, dişlə, dırnaqa canları və qanları bahasına bu torpaqları gələcək nəsillərimizə ərmağan edən igidlərimiz hələ çox xatırlanacaq.


Bu haqq savaşımızda xüsusi şücaət və qəhrəmanlıq göstərən əslən Qusar rayonu Balaqusar kəndindən olan Xüsusi Təyinatlıların kapitanı VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI Renad Güləmməd oğlu Şixnəbiyev də bu gün məktəbimizin qonağı oldu.
Pandemiya şəraiti imkan vermədi ki, görüşümüzü geniş auditoriya qarşısında təşkil edək.
Buna baxmayaraq Rənadın döyüş təəssüratlarını eşitmək müəllim və şagirdlərimiz üçün xoş oldu.
Qəhrəmanlarımızı gələcək nəsillərimizə tanıtmaq həm də vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.
Vətənimizin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq.

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ilə unudulmaz görüş Yaşayır o şərəfli, müdrik siyasət,
Pozulmayıb vətənə, xalqa sədaqət,
İnamlı əllərdəsən, güclüsən əlbət
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Göz dağıdır düşmənə Rənad tək igid,
Dastanıdır dillərin Mübariz, Fərid,
Uğrunda candan keçib, oldular şəhid
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Babacan ZƏKİYEV,
Qusar rayonundakı
Sərvər Abdulkərimov adına
Balaqusar kənd tam orta məktəbin
direktoru


ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: