2020-ci il sentyabrın 27-si... 20 faizdən artıq torpaqlarımızın işğaldan azad olunması ilə alışıb-yanan vətənin igid ogularının gözlədiyi gün, məhz bu gün idi.
Ali Baş Komandanın döyüş əmrini gözləyən mərd oğullar bir yumruq altında birləşərək silaha sarıldılar.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində vətənimiz üçün yeni bir tarix yazıldı.
30 ilə yaxındır danışıqlar yolu ilə həllinə çalışdığımız haqq mübarizəmizi 44 gün içərisində hərb yolu ilə həll etdik. Budur şanlı, qürurlu Azərbaycan ordusu. Budur haqq mübarizəsi, Vətən müharibəsi. Bu müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi və qızıl hərflərlə tarixə yazıldı.
Qələbənin əldə olunmasında müəllimlərin rolu danılmazdır.
Xeyli sayda Azərbaycan müəllimi Vətən Müharibəsində mərdliklə iştirak etdi.
Onlar arasında şəhid olan, döyüşdən zəfərlə çıxan qazi və əsgərlər oldu. Onlardan biri də Habil Bayevdir!
O, təkcə Vətən Müharibəsində deyil, I Qarabağ müharibəsində də 4 il şərəflə iştirak iştirak edib.
Ehtiyatda olan baş-leytnant Babayev Habil Şahid oğlu, 1974-cü il oktyabr ayının 22-sində Şəki rayonunun müharibədən sonra ”Qazilər kəndi” adlanan, Baş Goynuk kəndində anadan olub.
1980-ci ildə Baş Goynük kənd 2 saylı tam orta məktəbə daxil olub, 1991-ci ildə həmən məktəbi müvəffəqiyətlə bitirərək, BDU universtitetinin coğrafiya fakultəsinə daxil olub. 1996-cı ildə, universiteti bitirdikdən sonra, təhsil aldığı doğma məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Coğrafiya fənnini tədris edən Habil müəllim elə həmin il, zabit kimi hərbi xidmətə çağrılır.
Tərtər rayonu “N” saylı hərbi hissəsədə olan Habil müəllim ön cəbhədə həvəslə hərbi sirrlərə yiyiyələnməklə bərabər erməni dəstələri ilə mübarizə aparır. 4 il hərbi xidmətdə olan Habil müəllim, 2000-ci ildə xidmətini başa vuraraq yenidən işlədiyi təhsil ocağına qayıdaraq müəllimlik fəaliyyətini davam etdirir. Peadaqoji bacarığına, çoxşaxəli ziyalılıq qabiliyyətinə görə, 2016-cı ildə həmən məktəbə, “Tərbiyə işlər uzrə direktor müavini“ vəzifəsinə təyin olunur. İkinci Qarabağ müharibəsi başlayan kimi, hərbi komissarlığa müraciət etsə də, 2020-ci il oktyabr ayının 10-da hərbi komissarlıqdan çağırış gəlir. Müəllimlikdən döyüşə böyük fəxr hissi ilə yollanan Habil müəllimin, Ağcəbədidən başlayan döyüş yolu, Cəbrayıl Qubadlı və Zəngilanın düşmənlərdən azad olunmasından keçir.
I Qarabağ müharibəsindən sonra, torpaqları yağı düşməndən azad etmək coşqusu ilə yaşayan Habil müəllim müzəffər ordu ilə qorxmaz, cəsarətli komandir kimi əsgərləri ilə birlikdə mərdliklə döyüşürək, cəbhədən-cəbhəyə cəsarətlə irəliləyir. 4 il hərbi xidmətdə olduğu müddətdə topladığı təcrübədən hərbi ustalıqla istifadə edən Habil müəllim, Cəbrayıl, Qubadlı, Zəngilanın düşmənlərdən azad olunmasında böyük sücaət göstərərək, tək komandiri olduğu əsgərlərinə örnək olmadı, o həm də arxa cəbhədə onunla fəxr edəh şagirdlərinə bir örnək, böyük nümunə oldu. Sözün əsil mənasında sevimli şagirdlərinə ön cəbhədə vətənpərvərlik dərsi keçməklə, vətənə sevgi hissi aşıladı.
Habil müəllim, onunla qürur duyan şagirdlərinə və müəllim kollektivinə ordudan, zəfərdən fəxarət hissi ilə danişir:
- Əlbətə, "Qalib ordunun qalib döyüşçüsü olmaq qürurvericidir. Çox ağır bir döyüş yolu keçdik. Amma sonunun qələbə ilə bitəcəyinə inandıq və qalib gəldik! Vətən Müharibəsində iştirak etmək mənim üçün ən böyük zirvədir!İnanmıram ki, gələcək həyatımda və pedaqoji fəaliyyətimdə bundan yüksək zirvəni fəth edim... Gələcək fəaliyyətimdə, Azərbaycan əsgərinin Vətən Müharibəsində, döyüş meydanında necə qəhrəmanlıq göstərdiklərini, hər gün necə zəfərlə irəlidiklərini, bir sözlə hər günün, zəfər günü kimi tarixə düşməsində göstərdikləri qəhrəmanlığı şagirdlərimə çatdırmağı və vətənpərvərlik hissini aşılamağı vəzifə borcu kimi qarşıma məqsəd qoymuşam”.
Habil müəllim 2021-ci ilin fevral ayının 2-sində ordudan ehtiyatda olan zabit kimi təxris olunaraq, Şəki rayonunun Baş Goynük kəndindəki 2 №-li tam orta məktəbində “Tərbiyə işləri üzrə direktor müavini“ kimi fəaliyyətini davam etdirir. Müzəffər ordunun qalib müəlliminə, şərəfli və çətin işində müvəffəqiyyətlər arzu edirəm... Xalqımıza qələbə hissinin yaşadan bütün hərbi kontingentə can sağlığı arzu edirəm. Qazilərə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyirəm...
QARABAĞ AZƏRBAYCANDIR!
Ümmü İsmayıl qızı Süleymanova,
Şəki şəhəri 14 №-li tam orta məktəbin riyaziyyat müəllimi,
ZiM.Az-ın və "Şərqin səsi" qəzetinin Şəki üzrə bölgə müxbiri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.