OCEP Bakıdakı 238 N-li məktəbin qonağı olub

OCEP Bakıdakı 238 N-li məktəbin qonağı olub MOK-un OCEP lahiyəsinin ekspert koordinatoru Namiq Cəfərov Bakının Nizami rayonunda yerləşən Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin qonağı olub.

Məktəbin rəhbirliyi ilə görüşüb, ingilis dili kabinetində OCEP lahiyəsi çərçivəsində təşkil olunmuş materiallarla tanış olub.

Məktəbin ingilis dili müəllimi Solmaz Məmmədova (Suleymanova) ilə OCEP lahiyəsi çərçivəsində məktəbdə görülən və görüləcək işlər haqqında qonağa ətraflı məlumat verib.


"Zim.Az" saytına verilən məlumata görə, görüşün sonunda hədiyyələr verilib və xatirə şəkilləri çəkdirilib.

Yunis Qaraxanlı,
AJB-nin üzvü,
jurnalist, şair.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: