Mənim doğma məktəbim

Mənim doğma məktəbim Ali məktəbi bitirib müəllimlik fəaliyyətimə
vaxtı ilə 10 il orta təhsil aldığım
Tovuz rayonunun Eyyublu kəndindəki
E.Bayramov adına məktəbdə başlamışam.

Məktəbimizin çox zəngin tarixi var.
1921-ci ildə ilk dövlət məktəbi kimi
fəaliyyətə başlamışdır.
XIX əsrin sonlarında dəmiryol kənarında,
Qonaq evi adı ilə tikilmiş binada yerləşmişdir.
1937-ci ildə orta məktəbə çevrilmişdir.

Məktəb fəaliyyəti dövründə kəndimiz,
rayonumuz və Respublika səviyyəsində
tanınmış məzunlar yetişdirmişdir.


Mənim doğma məktəbim Məktəbdə rayon və respublika ərazisində tanınan
savadlı müəllimlər çalışmışlar.
Onlardan məktəbdə uzun müddət direktor kimi
fəaliyyət göstərən Məmmədov Nurəddin müəllimi
göstərmək olar.
O, həm yaxşı fizik, həm də məktəb direktoru kimi
öz yaşadığı dövrdə çox böyük hörmət qazanmışdır.

2021-ci il məktəbimizin 100 illik yubileyidir.

2012-ci ildə məktəbimiz Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə
“İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi
mükafatına layiq görülmüşdür. Mənim doğma məktəbim
Bu mükafatın qazanılmasında
məktəbə 1994-2013-cü illərdə rəhbərlik etmiş
Abbasov Abbas müəllimin əməyi danılmazdır.
Onun fəaliyyəti 2017-ci ildə
Təhsil Nazirliyinin Fəxri Fərmanı,
2019-cu ildə isə “Tərəqqi" medalı ilə
təltif olunmuşdur.

2013-cü ildən məktəbimizə Qocayeva Afət müəllimə
rəhbərlik edir.
O, öz bacarığı istedadı ilə çox sadə, səmimi bir insandır.
Onun 8 illik fəaliyyəti dövründə məktəbimizin şagirdləri
olimpiadalarda, bilik və idman yarışlarında
yüksək nəticələr əldə etmişlər.
Tovuz rayonu Təhsil Şöbəsi Q.Afət müəlliməni
müxtəlif Fəxri Fərman və təşəkkürnamə ilə
təltif etmişdir.

Mənim doğma məktəbim Hər il məktəbdən 600-dən çox bal yığan şagirdlər
yüksək təhsil ocaqlarına qəbul olunurlar.
O, tez-tez şəhid ailələrinə baş çəkir, şəhid analarının
dərdinə bir ana kimi şərik olur.
Afət xanım özü də qayğıkeş anadır.
2 gözəl övlad böyüdür.
Məktəb qayğıları ilə yanaşı ailəsində də fədakar anadır.

Məktəbimizin dərs hissə müdiri Qasımov Məhərrəm müəllim
rayonun məktəb müavinləri içərisində seçilmiş,
əməyi mükafatlandırılmışdır.
Ona Təhsil Nazirliyinin “Fəxri Fərman”ı vermişdir.

Tərbiyə işləri üzrə direktor müavin Səfərova Validə müəllimənin
diqqət və qayğısı sayəsində şagirdlərimiz çox nizam-intizamıdırlar.
O hər bir şagirdi öz doğma balası kimi sevir, onlara daim qayğı göstərir.

Mənim doğma məktəbim
Mən də öz adımdan, eləcə də, “Elm və Təhsil” qəzetimizin
bütün kollektivi adından öz həmkarlarımı təbrik edir,
onlara yüksək nailiyyətlər arzu edirəm.


Mənsurə Məmmədova,
ZiM.Az-ın və “Elm və Təhsil” qəzetinin
Tovuz rayonu üzrə bölgə müxbiri


ZiM.Az





.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: