284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib

284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib UNUTSAQ, UNUDULARIQ!..

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ)
"20 Yanvar" faciəsinin 32-ci ildönümü ilə baglı
F-07 nömrəli əmrinin icrası məqsədlə
paytaxtda fəaliyyət göstərən
bütün təhsil müəssisələrində
20 Yanvar - Ümumxalq Hüzn Gününə
həsr olunmuş bir sıra silsilə
tədbirlər keçirilib.

Məktəblərdə "20 Yanvar - Zəfərə gedən yol",
“20 Yanvar - Azadlığa gedən yolun zirvəsi”,
“20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi”,
“Vətən şəhidləri heç vaxt unutmayacaq!”,
“Tariximizin şanlı səhifəsi”
və digər mövzularda konfranslar,
seminarlar, mühazirələr, “Dəyirmi masa”lar,
bədii qiraət gecələri və s.
təşkil edilib.
284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib
BŞTİ-nin təhsil müəssisələrində
xalqımızın milli qürur günü ilə bağlı
xüsusi dərslər, kitab, foto və rəsm sərgiləri,
həmçinin pedaqoji kollektiv və şagirdlərin
Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.

Tədbirlərdə BŞTİ rəhbərliyi,
İdarənin əməkdaşları,
təhsil müəssisələrinin
pedaqoji və şagird kollektivləri
iştirak ediblər.


Bakı şəhəri Qamət Abbasov adına
284 saylı tam orta məktəbində də
Qanlı 20 Yanvar faciəsinin
otuz ikinci ildönümü ilə əlaqədar
məktəbin mövcud Fəaliyyət Planına əsasən
bir sıra tədbirlər keçirilib.


284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib Belə tədbirlərdən biri də
məktəbin 5 e və 5 c siniflərində
“Azərbaycan tarixi” fənninin müəllimi
Zöhrə Səmədova
nın təşkilatçılığı ilə
təşkil olunub.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi ilə başlayan
"20 Yanvar - Zəfərə gedən yol" adlı tədbirdə
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda
mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi
daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri
barədə geniş söhbət açılıb.

Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir.

Azərbaycan xalqının tarixinə
unudulmaz qəhrəmanlıq səhifəsi kimi
yazılan 20 Yanvar faciəsinin
təkcə ildönümlərində yox,
hər zaman xatırlanması
şagirdlərə tövsiyə edilib.
284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib 284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib 284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib 284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib 284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib 284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib 284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib
Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş
şeirlər, bayatılar söyləyiblər, çəkdikləri rəsmləri
və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirdə məktəbin
dərs hissə müdürü Sevda Əmirova,
5e sinifinin rəhbəri Elmira Qoşquyeva,
5c sinifinin rəhbəri Rəşadət Tapdıqova,
məktıbin məzunu olmuş
Şəhid Ramil Hüseynovun bacısı
Aynur Hüseynova və onun dostları
da
iştirak ediblər.

Məktəbin direktoru Nizami Novruzov tədbiri yüksək dəyərləndirib və zəhməti keçən hər bir şəxsə təşəkkürünü bildiririb.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: